Saakaşvilidən İrəvan aksiyasına reaksiya: Qarabağın həlli...

Ermənistanda insanlar nə istədiklərini aydın şəkildə anladırlar. Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

Ermənistanda insanlar nə istədiklərini aydın şəkildə anladırlar. Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

"Onlar hakimiyyətlərinin onlara hörmət etməsini və özləri üçün vacib məsələlərin Moskvada həll edilməməsini istəyirlər. Kreml isə Ermənistan-Azərbaycan konfliktində kiminsə tam qələbə əldə etməsini istəmir. Moskva sadəcə olaraq konflikti uzadır və onu hər iki ölkənin siyasətinə nəzarət üçün istifadə edir. Təəssüf ki, Ermənistan özünün suverenliyinin böyük hissəsini itirib və indi onun məğrur xalqı buna reaksiya verir", - deyə o bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31