Gündəm

Rasim Musabəyov: “Sarkisyan qan töksə onun vəziyyəti çətin olacaq”

23 Aprel 2018 12:54

“Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan qan tökməsə və bütün Ermənistanı özünə qarşı qaldırmasa vəziyyəti hansısa bir şəkildə nəzarətdə saxlamaq imkanları var”. Bunu  politoloq Rasim Musabəyov deyib.

Millət vəkili: “Azərbaycan böyük enerji ölkəsi kimi tanınır" 

23 Aprel 2018 12:50

“Son 15 ildə Azərbaycan dövlətinin həyata keçirtdiyi islahatlar və Azərbaycan vətəndaşının rifah halının yüksəlməsi, iqtisadi, siyasi, mədəni inkişafı göstərir ki, Azərbaycanda bu qədər ardıcıl inkişaf tendensiyasının olduğu bir dövr müşahidə olunmayıb”. Bunu  millət vəkili Cavanşir Feyziyev deyib.

Kinonun 120 ilə bağlı tədbirlər planı – AÇIQLANDI

23 Aprel 2018 12:48

Avqustun 2- də Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və tarixi-mədəni irsin, əxlaqi-mənəvi dəyərlərin təbliğində mühüm rolunu nəzərə alaraq Azərbaycan kinosunun 120 illiyinin ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qeyd edilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirlməsi qeyd olunur.

İki ayda 100-dən çox azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib

23 Aprel 2018 12:45

2018-ci ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər, qeydiyyat şöbələri tərəfindən ölkədə 8,1 nikaha daxilolma halları qeydə alınıb. 

Vəzifədən çıxarılan Elçindən - İlk açıqlama

23 Aprel 2018 12:43

Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var. 

Yerevan Dövlət Universitetinin tələbələri kütləvi etiraz aksiyalarına başlayıblar

23 Aprel 2018 12:38

Yerevan Dövlət Universitetinin tələbələri bu gün səhər kütləvi etiraz aksiyasına başlayıblar. Məlumata görə, onlar səhər saatlarında universitetin əsas binasının qarşısına toplaşıblar. Tələblər müəllimlərin də aksiyaya qoşulmasına çağırış ediblər. Sonra tələbələr yürüşə başlayıb.  

Nazir: "Azərbaycanın OPEC-ə qoşulması məsələsi gündəmdə deyil"

23 Aprel 2018 12:36

"Azərbaycan hal-hazırda OPEC-lə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan çox razıyıq". Məlumata görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, Azərbaycan bundan sonra da "OPEC+" formatında əməkdaşlığı davam etdirəcək.

Dünya Bankı: "Azərbaycanın yeni hökuməti davamlı inkişaf üçün islahatları davam etdirəcək"

23 Aprel 2018 12:34

"Azərbaycanın yeni hökumətinin əsas vəzifəsi 2015-2016-cı illərdə başladılan islahatların sürətinin qorunub saxlanılması, eləcə də daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsidir". Bu barədə Dünya Bankına istinadən xəbər verir.

Sarkisyan məsuliyyətə cəlb olunacaq - Sakunts

23 Aprel 2018 12:32

Əgər həbs edilən etirazçı liderlər hansısa cinayət törətsəydilər, Sərkisyan bu gün onlarla danışıqlara getməzdi, çoxdan onları həbs etdirərdi.

“Prezidentin bu addımlarını dəstəkləməyə davam edəcəyik” 

23 Aprel 2018 12:31

“İstər struktur, istərsə də kadr dəyişiklikləri tam olaraq zamanın və cənab Prezidentin strateji məqsədlərinin tələblərinə cavab verir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Politoloq: “Ermənistan vəziyyətdən çıxmaq üçün təxribatlara əl atır” 

23 Aprel 2018 12:29

“Düşmən ölkənin yeni baş naziri Serj Sarkisyan elə düşünürdü ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra rahat şəkildə öz vəzifəsini icra edəcək. Lakin buna nail ola bilmədi. Artıq Ermənistanda vəziyyət nəzarətdən çıxıb”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

17 ilin naziri vəzifədən ÇIXARILDI? - RƏSMİ

23 Aprel 2018 12:25

Ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Hüseyn Bağırovun işdən azad edilməsi barədə məlumat yayılıb. Yayılan məlumata görə, H.Bağırov artıq nazirlikdə təhvil-təslim işlərini həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, yayılan xəbər əsassızdır: “Hüseyn Bağırov hazırda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edir”.

Müdafiə Nazirliyi: "Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək"

23 Aprel 2018 12:20

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Finalın adı: "Zadəganlar" və "Qırmızı Şeytanlar"

23 Aprel 2018 12:19

İngiltərə "FA Kuboku" çərçivəsində keçirilən yarımfinal qarşılaşmasında doğma azarkeşləri qarşısında Southamptonu qəbul edən Çelsi klubu, 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb. 

Energetika Nazirliyində yeni təyinat

23 Aprel 2018 12:15

Energetika Naziri Pərviz Şahbazov Rauf Zeynalovu özünə yeni köməkçi təyin edib.  O, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub.