Gündəm
"Abşeron" yatağında hasil edilən bütün kondensat SOCAR-a təhvil veriləcək
Güclü külək, yağış... - SABAHIN HAVASI
Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Energetika Nazirliyi“ASAN Xidmət” vasitəsilə 44 hüquqi şəxsə icazə verib
2018-ci ilin I rübü ərzində ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı və idxalı üzrə Energetika Nazirliyi tərəfindən verilmiş 72 icazənin 44-ü “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. “OLAYLAR”-a bildirilib ki. 67 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların idxalına, 5 hüquqi şəxsə isə ixrac nəzarətinə düşən malların ixracına icazə verilib.Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.
Milli Şura sədri İstanbulda “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İstanbul şəhərində keçirilən “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı dünyanın 170 ölkəsindən 7 min sahibkarlar, investorlar, tədqiqatçılar və sahibkarığın inkişafına cavabdeh nazir və siyasətçilər iştirak edib.
Müsabiqənin finalçıları bəlli olub
“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin ikinci mərhələsi başa çatıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsinin ikinci mərhələsində hər yaş qrupu üzrə (10–14 və 15-18) məktəbdaxili yarışmada I yerə layiq görülmüş 554 məktəbli iştirak edib.
AzTU ilə Türkiyə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Yıldız Texnik Universitetinin rektoru, professor Bahri Şahin və həmən universitetin nümayəndə heyyətini qəbul edib. “OLAYLAR”təhsil ocağından bildirilib ki, görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında ətraflı məlumat verib. Rektor əvəzi AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyinə diqqət çəkərək “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.
“Prezidentin verdiyi qərarların faydalarını çox da gözləmək lazım gəlməyəcək” - Zahid Oruc
Milli Məclisin deputatı Zahid Oruc ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirib. Zahid Oruc deyib ki, komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə əqli mülkiyyət agentliyinə verilib.
Hadisənin fotoşop fırıldağı üzə çıxdı- FOTO
"Coachella" festivalı zamanı çəkdirdiyi şəkilləri izləyiciləri ilə paylaşan müğənni Hadisə hər kəsi aldadırmış. Ötən gün Maltəpədə konsert verən ifaçı yaxından şəkillərinin çəkilməsini istəməyib. Buna səbəb isə Hadisənin artıq çəkiləri olub. Belə ki, "Coachella" zamanı lentə alınmış fotolarında olduqca arıq görünən müğənni bunu fotoşopla edibmiş.
102 amerikalı konqresmen erməniləri dəstəklədilər
102 amerikalı konqresmen, o cümlədən ABŞ Konqresinin xarici əlaqələr və kəşfiyyat komitələrinin sədrləri ABŞ prezidenti Donald Trampa müraciət edərək onun qondarma "erməni soyqırımı"nı rəsmən tanımasını istəyiblər.
Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur
Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR” xəbər verir ki, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətindən irəli gələn məsələlər müzakirə edilib
2018-ci ilin I rübü və aprel ayı ərzində Energetika Nazirliyinin əlaqələndirici qurum olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə yaradılmış işçi qrupunun və alt qrupların iclasları keçirilib.
Düşmən 104 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 104 dəfə pozub.
Elza Seyidcahan: “Dayım anamı bizə qatıb döyərdi”- VİDEO
ARB TV-nin "Səhər-səhər” proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. Araqlı açıqlamaları ilə diqqət çəkən əməkdar artist, ailə üzvlərinə təşəkkür edərkən, dayısını xüsusi vurğulayıb.
"AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı"
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğrayıb. Bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.
Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKLİFLƏR hazırlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin iyul-avqust aylarında Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatların nəticələri ilə bağlı hesabatını və ərazinin möhkəmləndirilməsi ilə bağlı hazırladığı təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim edəcək.




.jpg)
.jpg)








