Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur
Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR” xəbər verir ki, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir.
23 Aprel 2018 13:06 SosialCəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. "OLAYLAR" xəbər verir ki, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir.
Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq 155 min kv.m sahədə çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 66 500 paqon-metr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür.
Tikinti layihəsinin sonuncu mərhələsində 70 ədəd km göstəricinin, 192 ədəd yol nişanlarının, 1280 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Tikinti işlərinin isə tam olaraq payız aylarda yekunlaşdırlması nəzərdə tutulub.