Gündəm
Bağ evlərinə qənim kəsilən şəxs ələ keçib
Oğurluqda şübhəli bilinən Corat qəsəbə sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-dən 18-dək olan müddətdə şəhər ərazisindəki 4 bağ evindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb. Araşdırma aparılır.
Yerli icra strukturlarının biganəliyi nəticəsində yol sıradan çıxır
2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır.
Gəncədə sahibkarlara qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə imkanları barədə seminar keçirilib
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Kapital bazarları vasitəsilə maliyyələşmə və korporativ idarəetmə” mövzusunda tədbir keçirilib.
Hüseyn Abdullayevin Bakıya gətirilmə anı – VİDEO
Məlum olduğu kimi, beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib. Bu xəbəri artıq DİN rəsmən təsdiqləyib.
“QAZ” markalı avtomobillər yığılacaq
ONN media xəbər verir ki, Azərbaycanda QAZ kommersiya avtomobillərinin yığılması həyata keçiriləcək.
Hüseyn Abdullayevin mahnılarını oxuyan Azərbaycanlı məşhurlar – SİYAHI (VİDEO)
Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin saxlanılaraq Azərbaycana gətirilməsi xəbəri son günlərdə medianın gündəmindən düşmür.
Maştağada qətl törədilib
Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə qətl hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aprelin 21-də qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı və dili mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda dəyirmi masa keçirilib.
180 ədəd su sayğacı oğurlayan dəstə zərərsizləşdirilib
Su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Məkkədə qəza: 4 zəvvar diri-diri yandı
Səudiyyə Ərəbistanının Məkkə şəhərində avtobusun benzin daşıyan yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həlak olub. Həlak olanların 4 nəfəri Britaniya vətəndaşları olan müsəlmanlardır.
Sarkisyanın iki yolu, biri eniş, biri yoxuş...- Politoloq şərhi
"Serj Sarkisyanın 2 yolu qalır: 1. Fövqəladə vəziyyət elan edib, ordunu hərbi texnika ilə bərabər küçələrə çıxararaq vəziyyəti nəzarətə götürmək; 2. İstefa verib, erkən seçki qərarı almaq".
“Müdafiə haqqında” qanun dəyişdirilir
Hazırda qüvədə olan “Müdafiə haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin (Azərbaycan Respublikasının Prezidenti) ikinci hissəsinin on ikinci abzasına dəyişiklik təklif edilir.
Cinayət məsuliyyətini ağırlaşdıran halların siyahısı genişlənir
Azərbaycanda cinayət məsuliyyətini ağırlaşdıran halların siyahısı genişləndirilir. Məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilir. İnzibati Xətalar Məcəlləsinin 33.1.6-cı maddəsinə görə, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir. Məcəllənin 88-ci maddəsi inzibati qaydada tutma məsələlərini tənzimləyir.
Qonşusunun 10 minlik qızılını oğurladı
Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə bir gündə iki cinayət faktının üstü açılıb. Belə ki, otlaq sahəsindən xırda buynuzlu heyvanlar, mənzildən isə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.














