“Müdafiə haqqında” qanun dəyişdirilir

Hazırda qüvədə olan “Müdafiə haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin (Azərbaycan Respublikasının Prezidenti) ikinci hissəsinin on ikinci abzasına dəyişiklik təklif edilir.

Hazırda qüvədə olan "Müdafiə haqqında" qanuna dəyişiklik edilir. Məlumata görə, bununla bağlı "Müdafiə haqqında" qanunun 5-ci maddəsinin (Azərbaycan Respublikasının Prezidenti) ikinci hissəsinin on ikinci abzasına dəyişiklik təklif edilir. Dəyişikliyə görə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi "Hərbi vəziyyət haqqında" qanuna uyğun olaraq cəbhəboyu zonanın hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31