Məkkədə qəza: 4 zəvvar diri-diri yandı
Səudiyyə Ərəbistanının Məkkə şəhərində avtobusun benzin daşıyan yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həlak olub. Həlak olanların 4 nəfəri Britaniya vətəndaşları olan müsəlmanlardır.
23 Aprel 2018 13:52 DünyaSəudiyyə Ərəbistanının Məkkə şəhərində avtobusun benzin daşıyan yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həlak olub. Həlak olanların 4 nəfəri Britaniya vətəndaşları olan müsəlmanlardır. Onlar Məkkəyə ümrə ziyarətinə yollanmışdılar. Ağır nəqliyyat qəzası Məkkədən 50 km aralıdakı Əl Həlas kəndində baş verib. Alışıb yanmış avtobusdakkı sərnişinlərdən 2 kişi və 2 qadın ilə benzindaşıyan avtomobilin sürücüsü həlak olublar. Məkkədən Mədinəyə gedən avtobusda 18 nəfər vardı. Yaralılardan biri uşaqdır. Avtobus İngiltərənin Bləkbörn şəhərindəki "BlackBurn Hashim Travel" şirkəti tərəfindən icarəyə götürülmüşdü. Milli.az The Guardian-a istinadən xəbər verir.