Elza Seyidcahan: “Dayım anamı bizə qatıb döyərdi”- VİDEO
ARB TV-nin "Səhər-səhər” proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. Araqlı açıqlamaları ilə diqqət çəkən əməkdar artist, ailə üzvlərinə təşəkkür edərkən, dayısını xüsusi vurğulayıb.
23 Aprel 2018 13:01 MədəniyyətARB TV-nin "Səhər-səhər" proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. Araqlı açıqlamaları ilə diqqət çəkən əməkdar artist, ailə üzvlərinə təşəkkür edərkən, dayısını xüsusi vurğulayıb. Bunu görən aparıcı Elgiz Əkbər "Niyə hər yerdə dayınızın adını hər gün çəkirsiniz?" deyə sənətçiyə sual ünvanlayıb. Müğənni-bəstəkar Elza Seyidcahan, bunun səbəbini belə izah edib: "İndiki gündə elə qızlar var ki, heç atadan, qardaşdan qorxmurlar. Amma mən indiki gündə dayımdan qorxuram. İndikilər elə edir ki, elə bil ataları, qardaşları yoxdur. Mən konservatoriyada oxuyanda 6-dan gec evə gəlirdimsə, dayım anamı bizə qatıb döyərdi ki, siz gecə vaxtı hardasız?"
Həmin görüntüləri təqdim edirik. Qaynarinfo.az