“Prezidentin verdiyi qərarların faydalarını çox da gözləmək lazım gəlməyəcək” -  Zahid Oruc

Milli Məclisin deputatı Zahid Oruc ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirib.  Zahid Oruc  deyib ki, komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə əqli mülkiyyət agentliyinə verilib.

Onun sözlərinə görə, bu qərar bu sahədəki idarəçiliyi daha da təkmilləşdirməq məqsədi daşıyır:  "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək, səlahiyyətlərinin dövlət agentlikləri arasında bölüşdürülməsi struktur islahatlarının davamıdır. Bu qərar sözügedən sahənin daha peşəkar şəkildə tənzimlənməsinə gətirib çıxaracaq. Dövlət başçısının bu qərarı əslində bir çağırışdır. Yəni, yeni qərarlar ölkədən kənara investisiya yatırmaq istəyənləri fikirlərindən daşındırmaq niyyəti güdür".   Deputat qeyd edib ki, prezidentin verdiyi yeni qərarların hansı faydalar verəcəyini çox da gözləmək lazım gəlməyəcək:  "Çünki yeni idarəçilik forması inkişaf etmiş qərb ölkələrdə də uğurla tətbiq edilir". Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31