Müsabiqənin finalçıları bəlli olub

“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin ikinci mərhələsi  başa  çatıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsinin ikinci mərhələsində hər yaş qrupu üzrə (10–14 və 15-18) məktəbdaxili yarışmada I yerə layiq görülmüş 554 məktəbli iştirak edib.

"Ən yaxşı şeir ifaçısı" bədii qiraət müsabiqəsinin ikinci mərhələsi  başa  çatıb. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsinin ikinci mərhələsində hər yaş qrupu üzrə (10-14 və 15-18) məktəbdaxili yarışmada I yerə layiq görülmüş 554 məktəbli iştirak edib.

Müsabiqənin II mərhələsi Xəzər rayonu üzrə 156, Nizami rayonu üzrə 229, Nərimanov rayonu üzrə 57, Sabunçu rayonu üzrə 128, Xətai rayonu üzrə 249, Qaradağ rayonu üzrə 106, Suraxanı rayonu üzrə 270, Nəsimi rayonu üzrə 159, Yasamal rayonu üzrə 158 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə 49 nömrəli "İntellekt" məktəb-liseyində, Binəqədi rayonu üzrə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, Pirallahı rayonu üzrə isə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunub.

Müsabiqənin nəticələrinə əsasən rayon mərhələsində hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş 72 şagird III mərhələdə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31