Milli Şura sədri İstanbulda “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İstanbul şəhərində keçirilən “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib.  “OLAYLAR” xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı dünyanın 170 ölkəsindən 7 min sahibkarlar, investorlar, tədqiqatçılar və sahibkarığın inkişafına cavabdeh nazir və siyasətçilər iştirak edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İstanbul şəhərində keçirilən "Qlobal Sahibkarlıq Konqresi 2018"-də iştirak edib.  "OLAYLAR" xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı dünyanın 170 ölkəsindən 7 min sahibkarlar, investorlar, tədqiqatçılar və sahibkarığın inkişafına cavabdeh nazir və siyasətçilər iştirak edib.

Qlobal Sahibkarlıq Konqresinin rəsmi açılış mərasimi Turkiyənin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan və İqtisadiyyat Naziri Nihat Zeybekçinin iştirakı ilə baş tutub. Türkiyədə ilk dəfə təşkil edilən və 10-cu ilini qeyd edən Global Sahibkarlıq Konqresi "Global Entrepreneurship Network (GEN)" sədri Jonathan Ortmans və "GECİstanbul" Təşkilat Komitəsi Platforma Başçısı Əli Sabancının açılış nitqləri ilə davam edib.

Konqres hər il sahibkarlıq ekosistemləri ətrafında iqtisadi və siyasət problemlərini müzakirə etmək üçün şəxsləri bir araya toplayır. Konqresdə rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekskpert və biznes-qurumları tərəfindən master-klaslar keçirilib və işçi qruplar təşkil olunub. Tədbir müddətində nümayəndələr uğurlu biznes təşəbbüsləri və təcrübələri haqqında dəyərli məlumatlar əldə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31