Sarkisyan məsuliyyətə cəlb olunacaq - Sakunts

Əgər həbs edilən etirazçı liderlər hansısa cinayət törətsəydilər, Sərkisyan bu gün onlarla danışıqlara getməzdi, çoxdan onları həbs etdirərdi.

Əgər həbs edilən etirazçı liderlər hansısa cinayət törətsəydilər, Sərkisyan bu gün onlarla danışıqlara getməzdi, çoxdan onları həbs etdirərdi.

"Paşinyanın həbsi üçün heç bir səbəb yoxdur. Onu polisin vasitəsilə aksiyalardan təcrid etməklə Sərkisyan siyasi qərar qəbul etdiyini və növbəti dəfə xalqla hesablaşmağa hazır olmaduğunu göstərdi. Serj Sərkisyan törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıyacaq. O, Konstitusiya nizamını güclə dəyişdirdiyinə görə məsuliyyətə cəlb ediləcək. Xalq əvvəlki kimi dinc aksiyalarını davam etdirir. Sərkisyanın isə dövlət adından danışmaq haqqı yoxdur. O, dövlət üçün qeyri-qanunidir", - deyə o bildirib. Axar.az xəbər verir ki, bunu "1in.am" saytına açıqlamasında erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31