Kinonun 120 ilə bağlı tədbirlər planı – AÇIQLANDI
Avqustun 2- də Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və tarixi-mədəni irsin, əxlaqi-mənəvi dəyərlərin təbliğində mühüm rolunu nəzərə alaraq Azərbaycan kinosunun 120 illiyinin ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qeyd edilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirlməsi qeyd olunur.
23 Aprel 2018 12:48 MədəniyyətAvqustun 2- də Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və tarixi-mədəni irsin, əxlaqi-mənəvi dəyərlərin təbliğində mühüm rolunu nəzərə alaraq Azərbaycan kinosunun 120 illiyinin ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qeyd edilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirlməsi qeyd olunur.
Olaylar.az keçmiş Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin kino yaradıcılığı və filmlərin təbliği sektoronun müdiri Yusif Şeyxovdan Azərbaycan kinosunun 120 illiyi ilə bağlı Mədəniyyət Nazirliyinin hansı tədbirləri planlaşdırdığı ilə maraqlandı. Yusif Şeyxov kinonun 120 ilə bağlı böyük tədbirlər planı nəzərdə tutulduğunu bildirdi.
"Ölkə başçısının Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında xüsusi sərəncamı olub. Ona uyğun olaraq keçmiş Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Bu plana kinonun 120 illiyinə həsr olunan sənədli film, avqustun 2- də Kino bayramı, kinonun tarixi ilə bağlı kitabların nəşri gözlənilir". Yusif Şeyxov kinonun 120 illiyi ilə bağlı kino festivalların keçirilməsini və yubiley münasibəti ilə layiqli kino xadimlərinin mükafatlandırılmasının nəzərdə tutulduğunu qeyd etdi.