Rasim Musabəyov: “Sarkisyan qan töksə onun vəziyyəti çətin olacaq”
“Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan qan tökməsə və bütün Ermənistanı özünə qarşı qaldırmasa vəziyyəti hansısa bir şəkildə nəzarətdə saxlamaq imkanları var”. Bunu politoloq Rasim Musabəyov deyib.
23 Aprel 2018 12:54 Siyasət"Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan qan tökməsə və bütün Ermənistanı özünə qarşı qaldırmasa vəziyyəti hansısa bir şəkildə nəzarətdə saxlamaq imkanları var". Bunu politoloq Rasim Musabəyov deyib.
Aİ-nin əksər təmsilçiləri üçün Serj Sarkisyan əgər Həzrəti İsa deyilsə də, ən azı onun 13-cü həvarisidir
Politoloqun sözlərinə görə, Sarkisyan qan töksə onun vəziyyəti çətin olacaq: "Nə olub-olmayacağını demək çətindir. Sabah onlar qondarma erməni soyqırımını qeyd edəcəklər. Beləcə küçələrə yüz minlərlə adam çıxacaq. Bunun cilovlanması, tədbirin hansı şəkildə həyata keçiriləcəyini söyləmək bir qədər çətindir.
Ermənistanda qondarma erməni soyqırımınının qeyd edilməsi beynəlxalq ictimaiyyətin marağında deyil. Çünki hər kəs öz işi ilə məşğuldur. Onları daha çox indiki Ermənistanda narahat edir və maraqlandırır. Beynəlxalq ictimaiyyəti 100 il bundan öncə olub-olmayan hadisələr maraqlandırmır". Sia.az