Oliqarxlar Putindən 100 milyard istədi

ABŞ-ın yeni sanksiyalar siyahısına düşən Rusiya şirkətləri hökumətdən yüz milyard rubl məbləğində maliyyə yardımı tələb edib. Bu sözləri Rusiyanın Maliyyə naziri Anton Siluanov deyib. “Bizə bir sıra şirkətlər likvidlik formasında yardımla bağlı müraciət ediblər. Düşünürəm ki, onlara “Promsvyazbank” dəstək ola bilər”, - nazir bildirib.

ABŞ-ın yeni sanksiyalar siyahısına düşən Rusiya şirkətləri hökumətdən yüz milyard rubl məbləğində maliyyə yardımı tələb edib. Bu sözləri Rusiyanın Maliyyə naziri Anton Siluanov deyib. "Bizə bir sıra şirkətlər likvidlik formasında yardımla bağlı müraciət ediblər. Düşünürəm ki, onlara "Promsvyazbank" dəstək ola bilər", - nazir bildirib.

Nazirin sözlərinə görə, hazırda hökumət üçün prioritet məsələ sanksiya siyahısına daxil edilmiş şirkətlərdəki əmək kollektivinin qeydinə qalmaqdır. Yaxın vaxtlarda Nazirlər Kabineti yanında sanksiyalara düşmüş şirkətlərlə qarşılıqlı fəaliyyət və onlara yardım məsələlərinə baxan xüsusi qurum yaradılacaq. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31