Politoloq: “Armen Sərkisyan Serj Sarkisyandan asılı olmalı idi”

“Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də prezident Armen Sərkisyandır. Bəli, onu indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib”. Bunu  politoloq Elxan Şahinoğlu deyib.

"Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də prezident Armen Sərkisyandır. Bəli, onu indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib". Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, normal durumda Armen Sərkisyan Serj Sərkisyandan asılı olmalı idi: "Ancaq indi Ermənistanda durum fərqlidir və onu vəzifəyə gətirənin müxalifət üzərində qələbə çalıb-çalmayacağı bilinmir. Ən pis halda Serj Sərkisyan birinci dəfəki prezident seçkisində olduğu kimi polisə "atəş açın" əmri versə və 10 il əvvəlki kimi onlarla insan qətlə yetirilsə bu indiki prezident Armen Sərkisyanı çətin dilemma qarşısında qoyacaq. Bu, qətliama göz yummaq Serj Sərkisyanın cinayətinə şərik olmaq demək mənasına gələcək. Ona görə də Armen Sərkisyanın son iki addımı məndə onun tərəddüd keçirdiyi görüntüsü yaradıb.

Birincisi, o Serj Sərkisyandan əvvəl radikal müxalifətin lideri Paşinyanla görüşdü. Özü də Serj Sərkisyandan fərqli olaraq Paşinyanı otelə çağırmadı, küçənin ortasında görüşdü. İkincisi, Armen Sərkisyan bugünkü açıqlamasında tərəfləri dialoqa və qarşıdurmadan çəkinməyə çağırdı. Bu müxalifətdən çox hakimiyyətə çağırışdır ki, Serj Sərkisyan polisə "atəş açın" əmrini verməsin. Armen Sərkisyan Serj Sərkisyana yarıgizli mesaj göndərir ki, sənin cinayətlərinə şərik olmayacam". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31