Fransada sakinlər adadan təxliyə edilib
22 Aprel 2018 20:07 DünyaFransa polisi "Mon-Sen-Mişel" adasının sakinlərini təxliyə edib.
Buna səbəb naməlum şəxsin polisi hədələməsi olub. Bu barədə "France Info" məlumat yayıb.
Səhər saatlarında naməlum şəxs "polisi öldürəcəyəm" deyə qışqırıb. Hazırda həmin şəxs axtarılır.
"O, kafe önündə dayanaraq təhlükəsizlik qüvvələrini hədələyib. Daha sonra onu şəhərin ətrafında görüblər".
Polisdə naməlum şəxsin silahlı olub-olması barədə məlumat yoxdur. Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31