Gündəm

Avropa İttifaqından Ermənistana TƏLƏB - Hamısını buraxın!

22 Aprel 2018 19:57

Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib. Bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin yaydığı bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.

Şəhriyar Məmmədyarov: Sergey Karyakin bütün sirrlərimi bilmir

22 Aprel 2018 19:53

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin III turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Sergey Karyakin oyunda üstünlük qazanmağın mümkün olmadığını deyib: “Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Artıq edəcəyi gedişi təxmin edə bilirəm. Ona görə səhvlər olmadı. Sürpriz gözlənilmirdi. Əslində qələbə qazanmağı çox istəyirdim. Sadəcə Şəhriyar buna imkan vermədi”.

Ermənistan prezidenti ölkədəki vəziyyətdən danışdı

22 Aprel 2018 19:51

Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb və o, etirazçıları təmkinli olmağa və dialoq axtarmağa çağırıb. Prezidentin bəyanatı dövlət başçısının saytında dərc olunub.

“Qaçqınkom”un yeni sədri danışdı

22 Aprel 2018 19:50

“Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən gələni edəcəyəm ki, cənab Prezidentin etimadını doğruldum”. Bunu gununsesi.info-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev söyləyib.

Məşhur professor  sevgilisini bıçaqladı - Şok

22 Aprel 2018 19:48

Professor ondan ayrılan keçmiş sevgilisini bıçaqlayıb. Tanınmış həkim, professor Fuad Duyğulu ondan ayrılan keçmiş sevgilisi Sibeli bıçaqla ağır yaralayıb.

Demət Akalın: "Ailəmiz böyüyəcək"

22 Aprel 2018 19:47

Türkiyənin tanınmış müğənnisi Dəmət Akalın yenidən ana olacaq. Müğənni özünün instaqram hesablndan foto paylaşaraq "Zamanı gəldiyində ailəmiz daha da böyüyəcək" ifadəsini yazıb.

Şəhvət düşkünü olan dul qadınların şeytanlarla intim CADU OYUNLARI ​​​​​​​

22 Aprel 2018 19:45

Orta əsr Avropasında yüzlərlə qadınların qətl edildiyini bilirdinizmi? Bunun səbəbi isə qadınların cadu-pitiyə olan sonsuz marağı idi. Cadugərlər kimlər idi?

Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni

22 Aprel 2018 17:51

Azərbaycan həmrəylik körpüsü funksiyasını yerinə yetirir. Bu barədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin urdu müəllimi Eldost İbrahimovun "Modern Diplomacy" analitik resursu tərəfindən dərc olunan məqaləsində deyilir.

Qızlarını kişiyə çevirən MÜSƏLMAN ÖLKƏSİ: səbəbi DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTOLAR ​​​​​​​

22 Aprel 2018 17:50

Əfqanıstan qadınlar üçün çox təhlükəli ölkədir. Bu ölkədə qız övladının doğulması ailələri qəm-qüssəyə batırır, bir neçə qız övladı isə artıq faciə deməkdir. Belə kişilər lağ hədəfi olurlar, qadınlar da elə öz həmcinsləri arasında ələ salınır. Hətta qızların özləri də böyüyüb ağıl kəsəndən sonra qız doğulduqlarına peşman olurlar.

Sadə qan analizi ilə orqanizmdə qurdları aşkar edin -  Məsləhət

22 Aprel 2018 17:48

Son zamanlar qurdlar, qurd xəstəlikləri insanlar arasında əsl fobiyaya çevrilib. İnsanlar kütləvi şəkildə qurdları aşkar etmək üçün bahalı analizlər verir, müxtəlif müayinələrdən keçir. Lakin adi ümumi qan analizi qurdların orqanizmdə olmasına işarə edə bilər. Bunu tanınmış rus həkimi Aleksandr Myasnikov apardığı “O samom qlavnom” adlı televerlişdə deyib. Həkimin sözlərinə görə, qurdlardan şübhələr yarandlqda ilk növbədə ümumi qan analizi verilməlidir.

Oqtay Şirəliyev nazir kimi sonuncu əmri imzaladı

22 Aprel 2018 17:46

Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib. O.Şirəliyevin bununla bağlı verdiyi əmrə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların informasiya modulu vasitəsi ilə “ASAN ödəniş” sisteminə daxil edilməsi təmin ediləcək. Əmrdə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 210, 225.1, 428.4, 428.4-1 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Hüquq və daxili nəzarət sektorunun müdiri baxacaq.

Cavid Qurbanov Bakının meri olur? - Açıqlama

22 Aprel 2018 17:45

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri Cavid Qurbanov haqqında yayılan məlumatlara münasibət bildirilib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, C.Qurbanovun Bakı meri təyin olunacağı barədə məlumatlar həqiqəti əks etdirmir. “Aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan xalqının Ulu öndər heydər Əliyevin siyasi kursuna inam və etibarını nümayiş etdirdi. Bu seçkilərdə xalq yekdilliklə həmin siyasi kursun yayiqli davamçısı İlham Əliyevə və onun əməli mübarizəsinə səs verdi.

Yeni gənc nazir haqda maraqlı faktlar:polkovnik oğlunun SOCAR-dan başlayan həyat yolu...

22 Aprel 2018 17:43

Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri postundan kənarlaşdırılması nə qədər gözlənilməz oldusa, onun yerinə edilən yeni təyinat da bir o qədər gözlənilməz və müəmma ilə qarşılandı. Bildiyiniz kimi, bu vəzifəyə yeni təyin olunan Sahil Babayevin cəmi 38 yaşı var və nazirlər arasında ən gənci də məhz odur. Ancaq onun bu vəzifəyə qədərki karyerasına nəzər yetirəndə, bəzi suallar meydana çıxır…

46 qızı zorlamaqda ittiham olunan "Falçı" sərbəst buraxıldı

22 Aprel 2018 17:42

Falçılıq adı ilə 46 qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov ötən axşam sərbəst buraxılıb. Bu barədə R.Talıbovun özü açıqlamasında bildirib: “Mən “içəridən” dünən saat 9-da çıxmışam. O qızlara görə mənə 1 sutka vermişdilər. Hazırda nəzarət altındayam. El gözü tərəzidir, gördülər ki, günahım yoxdur. Qanun-qayda var, biz kimik ki? Mən sadəcə fəhlə insanam”.

DİM Azərbaycan dilindən keçirilirən imtahanla bağlı məlumat yaydı

22 Aprel 2018 17:40

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün imtahan keçirib. DİM-dən verilən məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb.