Ermənistan prezidenti ölkədəki vəziyyətdən danışdı

Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb və o, etirazçıları təmkinli olmağa və dialoq axtarmağa çağırıb. Prezidentin bəyanatı dövlət başçısının saytında dərc olunub.

Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb və o, etirazçıları təmkinli olmağa və dialoq axtarmağa çağırıb.

Prezidentin bəyanatı dövlət başçısının saytında dərc olunub.

"Ölkəmizdə baş verən proseslər təhlükəli həddə çatıb ki, bu da qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu, halbuki, bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi", - deyə prezident bildirib.

A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31