Gündəm

Skripalı FTX agenti zəhərləyib? - ŞOK İDDİA

22 Aprel 2018 17:38

Böyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalı və qızı Yuliya Skripalı zəhərləməkdə şübhəli bilinən şəxsi müəyyən edib. Yuliya Skripal xəstəxanada polisə ifadə verərkən şübhələrini ifadə edib. Britaniya polisi isə şübhələrin üst-üstə düşməsinin təsadüf olduğuna inanmır. Belə ki, polis Solsberidəki zəhərlənməni Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş agentlərindən biri tərəfindən gerçəkləşdirildiyini iddia edir.

Kafeyə silahlı hücum: 4 nəfər öldü

22 Aprel 2018 17:37

ABŞ-ın Tennesi ştatında güclü atışma olub. Hadisə kafelərdən birində qeydə alınıb. Günorta saatlarında baş verən atışmada 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Unutqanlıq xəstəliyi - Amneziya

22 Aprel 2018 17:00

Hər bir insan gündəlik həyatında bu sözləri işlədir. Bütün bunlar unutqanlıq əlamətləridir. Əgər əvvəllər yaşlı nəslin nümayəndələri unutqanlıqdan əziyyət çəkirdilərsə, bu gün gənclər də unutqanlıqdan şikayətlənirlər.

DİQQƏT: C vitamininin qəbulu haqqında həqiqət

22 Aprel 2018 16:35

Əvvəllər belə hesab olunurdu ki, C vitaminin profilaktik qəbulu soyuqdəymə xəstəliklərinin qarşısını alır. Hal hazırda bütün dünyada aparılmış yüzlərlə tədqiqatlar nəticəsində məlum oldu ki, C vitaminin profilaktik məqsədi ilə qəbulu soyuqdəymə xəstəliklərinin inkişafına mane olmur. Bu səbəbdən bu vitaminin profilaktik qəbulu mənasız və hətta zərərlidir.

Teflon örtüyü olan qabların təhlükəsi

22 Aprel 2018 16:20

Teflon müasir yanmayan materialdır. Hal hazırda teflon örüyü olan tavalar və qazanlar hər bir evdə var. Lakin dünyanın müxtəlif ölkələrində teflonla bağlı aparılan bir çox elmi araşdırmalar nəticəsində məlum oldu ki, teflon heç də ziyansız material deyil.

Bu xəstəliklərdən əziyyət çəkənlərə ÇAY içmək olmaz

22 Aprel 2018 16:10

Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. Lakin bir sıra xəstəliklər zamanı bu içkinin istehlakı ziyanlıdır.

Yasəmən gülünün suyu içilir, yarpaqlarından maska hazırlanır

22 Aprel 2018 16:00

Əsasən tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib olan xoş ətirli bitkidir. Yarpaqlarına görə iki növü var: ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən. Onlardan ən məşhuru adi yasəməndir.

Rusiyada Google bloklanıb

22 Aprel 2018 15:40

Rusiyanın İnformasiya və Texnologiyaları üzrə Federal Xidməti Google axtarış sistemini qismən məhdudlaşdırıb. Qurum provayderlərə bir neçə İP ünvanın bloklanmasını göndərib. İstifadəçilər artıq 24 saatdır ki, girişin məhdudlaşdırıldığını qeyd edir.

İtaliyanın balet truppası Bakıda 

22 Aprel 2018 15:26

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İtaliyanın tanınmış “Spellbound” balet truppası çıxış edib.  “Bir axşam Spellboundla” adlı gecə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəniyyət proqramı çərçivəsində reallaşıb. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən şəhərimizin qonaqlarının qatıldığı gecə maraqla qarşılanıb.

Tayson: "Ərdoğanla tanış olmaq istəyirəm"

22 Aprel 2018 15:23

Dünyanın canlı əfsanəsi, boksçu Mayk Tayson Türkiyəyə gəlir. Əfsanə bokscu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana salam göndərərək onunla şəxsən tanış olmaq istədiyini dilə gətirib: "Oktyabr ayında Türkiyəyə gəlməyi planlaşdırıram. Türkiyədə şəxsən prezident Ərdoğanla görüşmək istərdim".

“jAzzeri Bands” caz musiqisi axşamı

22 Aprel 2018 15:18

Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konserti olub. Konsertdən əvvəl çıxış edən tanınmış jurnalist Rahib Azəri caz sənətinin tarixi və Azərbaycanda inkişafından söhbət açıb. Qeyd edib ki, ötən əsrin 20-ci illərində ABŞ-da yaranmış bu musiqi janrı bir neçə il sonra Azərbaycanda da cazsevərləri ətrafına toplayıb. “jAzzeri Bands” caz musiqi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, tarzən Şəhriyar İmanov (tar), Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak ediblər.

Metroda intihar edən qadının kimliyi məlum olub

22 Aprel 2018 15:14

Metroda intihar edən qadının kimliyi məlum olub. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır. Qeyd edək ki,  Bakı Metropolitenində intihar hadisəsi baş verib. Hadisə saat 12:50-də, metronun “28 May” stansiyasında qeydə alınıb.

“Cambridge Assesment English”in nümayəndələri Azərbaycanda

22 Aprel 2018 15:13

Hədəf STEM Liseyində “Cambridge Assesment English” və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. AMİM-nin təşəbbüsü ilə baş tutan görüşdə “Cambridge Assessment English” təşkilatının Ukrayna, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Darina Sizuk, AMİM direktoru Qrem Pollok, Hədəf Liseyinin direktoru Şəmil Sadiq, liseyin elmi məsləhətçisi Yalçın İslamzadə və liseyin ingilis dili müəllimləri iştirak etdilər.

Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..." - VİDEO​​​​​​​

22 Aprel 2018 15:07

Dakota Frendsen adlı turist ABŞ-ın Şotlandiya dağları yaxınlığında yerləşən Arkart qalasının ətrafındakı Lox-Ness gölündə naməlum varlığın üzdüyünü görüntüləyib. Uzunluğu 12 metrə çatan su heyvanının nə olduğu bəlli deyil. D.Frendsen deyir ki, rəngi boza çalırdı: