Jurnalisti canlı yayımda güllələdilər
22 Aprel 2018 14:02 DünyaNikaraquada keçirilən etiraz aksiyalarını işıqlandıran jurnalistə canlı yayım zamanı atəş açılıb. Bu barədə "Röyter" yazıb.
Blufilds şəhərində baş verən aksiyalar barədə canlı yayımda izləyicilərə məlumat verən jurnalist Anqel Qahon qəfil atəş nəticəsində başından yaralanaraq yerə sərilib.
Jurnalistə atəş açan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Məlumata görə, hadisə baş verən zamanı yaxınlıqda etirazçıların qarşısını almaq üçün göndərilmiş hüquq-mühafizə orqanlarının əməkdaşları da olub. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31