Skripalı FTX agenti zəhərləyib? - ŞOK İDDİA
Böyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalı və qızı Yuliya Skripalı zəhərləməkdə şübhəli bilinən şəxsi müəyyən edib. Yuliya Skripal xəstəxanada polisə ifadə verərkən şübhələrini ifadə edib. Britaniya polisi isə şübhələrin üst-üstə düşməsinin təsadüf olduğuna inanmır. Belə ki, polis Solsberidəki zəhərlənməni Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş agentlərindən biri tərəfindən gerçəkləşdirildiyini iddia edir.
22 Aprel 2018 17:38 DünyaBöyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalı və qızı Yuliya Skripalı zəhərləməkdə şübhəli bilinən şəxsi müəyyən edib.
Yuliya Skripal xəstəxanada polisə ifadə verərkən şübhələrini ifadə edib. Britaniya polisi isə şübhələrin üst-üstə düşməsinin təsadüf olduğuna inanmır. Belə ki, polis Solsberidəki zəhərlənməni Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş agentlərindən biri tərəfindən gerçəkləşdirildiyini iddia edir.
İlkin məlumatlara görə, söhbət "Qordon" ləqəbli agentdən gedir. Polis sui-qəsd cəhdində FTX-nin 55 yaşlı keçmiş agentin dəqiq kimliyini araşdırır. O "Mixail Saviçkis" və s.adlarla saxta kimliklərdən istifadə edib.
Britaniya polisi onun saxta kimlik vasitəsilə Rusiyaya keçdiyini ehtimal edir. Hüquq-mühafizə orqanları araşdırma nəticəsində Skripal və qızına hücum edən şəxslərin 5 nəfərdən çox olduğu qənaətindədir.
Publika.az