Qara Qarayevin musiqisi Amerikada səsləndi

Vaşinqton şəhərində yerləşən Amerikanın əsas milli dini məbədində azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqin konserti keçirilib. Sözügedən baş kilsə hər dörd ildən bir ABŞ prezidentinin vəzifəsinə başlaması münasibətilə təşkil olunan andiçmə mərasimi də daxil olmaqla, rəsmi dini ayinlərin keçirildiyi məkandır. Cəmilə Cavadova-Spitzbeqin konsert proqramında Yohann Sebastiyan Bax və Feliks Mendelson kimi klassik qərb bəstəkarlarının musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də səslənib. Bəstəkar Qara Qarayevin fortepiano prelüdiyasının Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubova tərəfindən hazırlanan orqan üçün transkripsiyası, eləcə də Vasif Adıgözəlovun “Muğam-fantaziyası” ABŞ auditoriyasına təqdim edilən əsərlər sırasında idi.

Vaşinqton şəhərində yerləşən Amerikanın əsas milli dini məbədində azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqin konserti keçirilib. Sözügedən baş kilsə hər dörd ildən bir ABŞ prezidentinin vəzifəsinə başlaması münasibətilə təşkil olunan andiçmə mərasimi də daxil olmaqla, rəsmi dini ayinlərin keçirildiyi məkandır.

Cəmilə Cavadova-Spitzbeqin konsert proqramında Yohann Sebastiyan Bax və Feliks Mendelson kimi klassik qərb bəstəkarlarının musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də səslənib. Bəstəkar Qara Qarayevin fortepiano prelüdiyasının Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubova tərəfindən hazırlanan orqan üçün transkripsiyası, eləcə də Vasif Adıgözəlovun "Muğam-fantaziyası" ABŞ auditoriyasına təqdim edilən əsərlər sırasında idi.

Konsert ABŞ-da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş proqramlar seriyasına aid olduğu üçün rəmzi əhəmiyyətə malikdir. Azərbaycan bəstəkarlarının orqan əsərləri ABŞ-ın əsas milli dini məbədində ilk dəfə səslənirdi.

Cavadova-Spitsberq, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi ərəfəsində Azərbaycanın musiqi proqramı ilə çıxış edən ilk orqan ifaçısıdır. O, unikal şəkildə Azərbaycan musiqisini olduqca mürəkkəb musiqi aləti olan orqana uyğunlaşdıraraq mədəniyyətdə bir ilkə imza atıb. Konsertdə yerli klassik musiqi həvəskarları ilə yanaşı, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və Səfirliyin əməkdaşları, Vaşinqton və onun ətraf şəhərlərinin azərbaycanlı icmasının üzvləri iştirak etmişdir.

Cəmilə Cavadova-Spitsberq öz rəngarəng və valehedici çıxışlarına görə Amerikanın məşhur klassik musiqi jurnalı olan "American Record Guide" tərəfindən təqdir edilən layiqli musiqiçi və müəllimdir. O, orqan ifası sahəsində musiqi elmləri üzrə doktorluq dərəcəsi almış ilk azərbaycanlı qadın orqan ifaçısıdır. O, ABŞ, keçmiş SSRİ ölkələri, Niderland, Almaniya, Birləşmiş Krallıq, Fransa, Danimarka və bir çox digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Hal-hazırda, o, ABŞ-ın Texas ştatının Arlinqton şəhərində yaşıyır və orada dövlət universitətində dərs deyir. Cəmilə Cavadova-Spitsberq ABŞ-da Azərbaycan klassik musiqisinin təbliğatı ilə məşğul olan "Azərbaycan-Amerika musiqi fondu" qeyri-hökumət təşkilatının təsisçisidir. Daha əvvəl məlumat verildiyi kimi, "Azərbaycan-Amerika musiqi fondu" cari ilin yanvar ayında 2018-ci ili görkəmli Azərbaycan bəstəkarı, pedaqoqu, ictimai xadimi Qara Qarayevin 100 illiyi tədbirlərinə həsr olunmuş "Qara Qarayev ili" elan etmiş və ABŞ-ın müxtəlif şəhərlərində Qara Qarayevin yaradıcılığına həsr olunmuş bir sıra konsert və tədbirlər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31