Daha bir braziliyalı ulduz karyerasına nöqtə qoydu
Braziliyanın "Flamenqo" klubunun formasını geyinən Julio Sezar 38 yaşında futbol karyerasına nöqtə qoyub. O, Braziliya A seriyasında "Atletiko Mineyro" ilə oyunda sonuncu dəfə çərçivəni qoruyub. Öz dövrünün etibarlı qolkiperlərindən olan Julio karyerası ərzində "İnter", KPR (İngiltərə), "Benfika" və "Toronto" kimi klubların şərəfini qoruyub. Milan klubuyla Çempionlar Liqasının, Braziliya millisiylə isə iki dəfə FİFA Konfederasiyalar kubokunun və bir dəfə Amerika kubokunun qalibi olub.
22 Aprel 2018 20:56 İdmanBraziliyanın "Flamenqo" klubunun formasını geyinən Julio Sezar 38 yaşında futbol karyerasına nöqtə qoyub.
O, Braziliya A seriyasında "Atletiko Mineyro" ilə oyunda sonuncu dəfə çərçivəni qoruyub.
Öz dövrünün etibarlı qolkiperlərindən olan Julio karyerası ərzində "İnter", KPR (İngiltərə), "Benfika" və "Toronto" kimi klubların şərəfini qoruyub. Milan klubuyla Çempionlar Liqasının, Braziliya millisiylə isə iki dəfə FİFA Konfederasiyalar kubokunun və bir dəfə Amerika kubokunun qalibi olub.
Julio Sezar karyerasının son oyununu qələbəylə başa vurub. "Flamenqo" "Atletiko Mineyro"nu 2:0 hesabı ilə məğlub edib. Publika.az