Gündəm

“Heç bir şərəfsiz erməni öz xalqına bunun kimi zülm eləməz”- Ekspert rəyləri

24 Aprel 2018 12:57

Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi. Serj Sarkisyan Ermənistan xalqına müraciətində bildirdi: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm".

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

24 Aprel 2018 12:51

100 ilə yaxın yaşı olan Suraxanı rayonunun paytaxt Bakının sosial-iqtisadi inkişafında öz yeri və rolu var. Etiraf etmək lazımdır ki, bu gün respublikamızın hər bir bölgəsi, paytaxt rayonları kimi sürətli inkişaf dövrünü yaşayan Suraxanı rayonu günümüzdə əldə etdiyi uğurlara elə də asanlıqla nail olmayıb. 2006-2007-ci illəri əhatə edən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramına qədər Suraxanı rayonu demək olar ki, paytaxtın geridə qalmış, müasirliklə ayaqlaşa bilməyən, infrastrukturu tamamilə bərbad vəziyyətdə olan rayonlarından birini xatırladırdı.

Əlillərin əmək münasibətlərində hansı üstünlükləri var?

24 Aprel 2018 12:49

Əlillər üçün beynəlxalq və milli qanunvericiliyimizdə nəzərdə tutulmuş imtiyazlar var. Birləşmiş Millətlər Təşkilatınının (BMT) əlilliyi olan insanların hüquqları barədə Konvensiya da əlillərin hüquqlarını müdafiə və təşviq etməyə, onlara qarşı diskriminasiyanı ləğv etməyə, onların əmək hüquqlarını müdafiə etməyə, səhiyyə, təhsil və ictimai həyatda tam iştirak , ədalət məhkəməsinə çıxışa, şəxsi toxunulmazlığa, istismar və sui - istifadə azadlığına, hərəkət azadlığına, şəxsi mobilliyə və sair xidmət edir.

İlham Əliyevdən xəbərdarlıq

24 Aprel 2018 12:46

Məlum olduğu kimi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə genişmiqyaslı tədbirlərə start verilib. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verməkdədir. Çünki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə genişmiqyaslı olmaqla yanaşı, həm də məqsədli şəkildə aparılır.

G7-dən AĞIR ZƏRBƏ gəlir – Rusiya DİZ ÇÖKDÜRÜLƏCƏK

24 Aprel 2018 12:42

G7 (“Böyük yeddilik”) ölkələri Donbas münaqişəsində görə Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər. Bu haqda G7-nin xarici işlər nazirlərinin Torontoda keçirilən görüşdə qəbul etdikləri bəyanatda deyilir.

Azərbaycan Universitetləri üçün önəmli tədbir

24 Aprel 2018 12:40

Aprelin 24-də Boulevard Oteldə Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa komisiyası tərəfindən təsdiq edilmiş Erasmus + proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı  keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbəriyi,  bu sahədə tanınmış elm xadimləri  iştirak etmişdir. Layihənin məqsədi: Azərbaycan Ali Təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Futbolçular Valverdeni saxlamaq istəyirlər

24 Aprel 2018 12:38

"Barselona" futbolçuları rəhbərləliyin narazı olduğu baş məşqçi Ernesto Valverdenin gələn mövsümdə qalmasını istəyiblər. Komandanın aparıcı futbolçuları ÇL-dən kənarlaşmalarına baxmayaraq 54 yaşlı məşqçiyə onun başçılığı altında futbol oynamaq istədiklərini bildiriblər. Bir müddət əvvəl deyilirdi ki, Velvarde La Liqa və İspaniya kubokunu qazansa belə, komandada qala bilməyəcək. Buna görə "Real Madrid"lə oynanacaq matç Valverde üçün həlledici olacaq.

Məşhur azərbaycanlı avtoritet Moskvaya gəldi - Lotu Quliyə qarşı ordu yığılır

24 Aprel 2018 12:35

36 yaşlı "qanuni oğru", kriminal dairələrdə "Hacı Beyləqanski" ləqəbi ilə tanınan Hacıbaba Talıbxanov Moskvaya gedib.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilib

24 Aprel 2018 12:29

Milli Məclisin plenar iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununa (İkinci səsvermə) baxılıb.

Dörd vəkilin fəaliyyətinə QADAĞA - QƏRAR

24 Aprel 2018 12:21

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda vəkillər barəsində başlanılmış 29 intizam icraatına baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 4 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 1 vəkilə irad tutulub.