Azərbaycanlı ailənin evinə "Kalaşnikov"la basqın etdilər

Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.

gecə saat 12.00 radələrində Allahverdiyevlər ailəsinin yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olub. 

"Kalaşnikov" avtomatı ilə silahlanmış basqınçılar Əlirza Allahverdiyev, onun həyat yoldaşı Həqiqət Allahverdiyeva və qızları 18 yaşlı Sahibə Allahverdiyevaya avtomatla zərbələr endirərək, onları ayrı-ayrı otaqlarda bağlayıblar. Oğrular ailə üzvlərinə soyuq silahla xəsarətlər yetirərək işgəncə veriblər. 

Soyğunçular evdəki əşyaları alt-üst edərək pul və zinət əşyalarını axtarmağa başlayıblar. Onlar bildiriblər ki, bu yaxınlarda ailə 19 baş mal-qara satıb və ailədə 20 min laridən çox pul olmalıdır. 

Cinayətkar dəstə evdən 5 min lariyə yaxın pul, 10-dan çox üzük və digər qızıl əşyalar aparıblar.

Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31