Azərbaycan Universitetləri üçün önəmli tədbir

Aprelin 24-də Boulevard Oteldə Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa komisiyası tərəfindən təsdiq edilmiş Erasmus + proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı  keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbəriyi,  bu sahədə tanınmış elm xadimləri  iştirak etmişdir. Layihənin məqsədi: Azərbaycan Ali Təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Aprelin 24-də Boulevard Oteldə Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa komisiyası tərəfindən təsdiq edilmiş Erasmus + proqramı çərçivəsində "Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)" adlı layihənin təqdimatı  keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbəriyi,  bu sahədə tanınmış elm xadimləri  iştirak etmişdir. Layihənin məqsədi: Azərbaycan Ali Təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Tədbiri giriş sözü ilə BBU-nin rektoru i.e.d.prof. İbad Abbasov açaraq tədbir iştirakçılarını və qonaqları salamlamladı, layihə ilə bağlı qısa açıqlama verdi və aübu layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzuladı.

Sonra  Azərbaycan  Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar  Ömərov  layihənin həyata keçirilməsinin Azərbaycan Universitetləri üçün önəmli olduğunu  və bunun gələcəkdə bütün Azərbaycan Universitetlərinə tətbiqini məqsədyönlü hesab etdi.

Daha sonra  Böyük Britaniya, İspaniya, İsveç, Litva Universitetlərinin nümayəndələri çıxış edərək müasir dövr təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs etdilər.

Tədbir layihə barədə təqdimatlar ilə davam etdirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31