Gündəm
Usubovun müraciəti TƏSDİQLƏNDİ: iki vəkilə QADAĞA
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb. Rüstəm Usubov qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıblar.
"Elçibəy "alkaş" idi deyə, onu çox istəyirəm"
Ermənilər Azərbaycan mahnısı ilə bayram edir - VİDEO
Ermənilər hakimiyyəti qəsb etmiş Serj Sərkisyanın istefasını ABŞ-ın Los-Anceles ştatında bayram kimi qeyd ediblər. Los-Anceles meriyası önündə toplaşan ermənilər Azərbaycanın musiqi incilərindən olan “Qadan mən alım” mahnısının sədaları altında şənlik keçiriblər. Sözügedən görüntüləri “Amerikanın səsi” radiosu yayıb.
Sarkisyanın istefasında Putin AMİLİ – Amerika KİV-indən İDDİA
“Ermənistan prezidenti Serj Sarkisyan Rusiya lideri Vladimir Putinin əsl müştərisi idi. Amma o, öz vətəndaşlarını qiymətləndirmədi və Putinin klassik manevrini təkrar etməyə çalışdı”.
Geyiminə görə Könülü təhqir etdilər - İşə polis qarışdı
Nazirlik: "Suçiçəyi əleyhinə peyvənddən istifadə edilmədiyi üçün hələ də xəstəliyə yoluxma halları var"
Azərbaycanda suçiçəyi əleyhinə peyvənd istifadə edilmədiyi üçün hələ də ölkədə bu xəstəliyə yoluxma halları qeydə alınır. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Avropada İmmunlaşdırma Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.
Ermənistanda Qarabağ müharibəsi veteranlarının öncülü öldürüldü
Ermənistanın Eçməzdin şəhərində “Ekrapa” könüllü birliyinin şöbə müdirinin müavini, 46 yaşlı Nver Ovanisyana qarşı sui-qəsd törədilib. Ovanisyan ötən gün saat 18:55 radələrində döş qəfəsindən aldığı bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. O, əməliyyat zamanı ölüb.
Azər Həsrət: "Azərbaycan öz müstəqil siyasətini yürütməkdə qərarlıdır"
“ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş qərəzli iddialarda təəccüblü bir şey yoxdur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Millət vəkili: "Ermənistanda kriminal hakimiyyət şirnikləndirilib"
"Avropa Şurası və onun struktur təşkilatlarının məqsədi üzv ölkələrdə demokratiyanın inkişafı, fundamental insan hüquq və azadlıqlarının mühafizəsi və dəstəklənməsi, beynəlxalq hüquqi standartların qəbulu və tətbiqini təşviq etmək, ona dəstək verməkdir. Üzv ölkələr isə təşkilatın sıralarına daxil olarkən bu məsələlərlə bağlı öhdəliklər götürür, ölkədə idarəetməni, qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırmaq, öhdəliklərini icra etmək üçün praktik addımlar atır və atmalıdır. Çox təəssüf ki, Avropa Şurasına üzv ölkə olan Ermənistan ötən 17 ildə təşkilata daxil olarkən üzərinə götürdüyü heç bir öhdəliyə əməl etməyib, əksinə bütün çağırışları qulaqardına vurub". Bunu Milli Məclisin deputatı, ölkəmizin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.
Politoloq: “Bakıdan İrəvana mesaj yollanmalıdır”
“Ermənistan cəmiyyətinin qatil Serj Sərkisyandan qurtulması bölgədəki durumu dəyişir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, birincisi, Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar: “Ancaq yeni baş nazirin Rusiya və Qərb arasında manevr etmək imkanı yoxdur.
Röya: “Aygünün zəhmətini alçaldan...”
Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovaya söz atması barədə yazılan xəbərlərə reaksiya verib. Müğənni "Xəzər maqazin"ə açıqlamasında Kazımovaya sataşmadığını bildirib: "Bunlara bilərəkdən cavab verməyəcəm. Belə başa düşdüm ki, siz bizimlə oynayırsız. Mən tamamilə başqa şeydən danışmışam. Mənim adımdan başqasını zəhmətini alçaldan, guya atmaca atdığımı deyənlər cavab verin".
Xala bacısı qızının ərinə qoşulub qaçdı - FOTOlarını görüncə ŞOK OLDU
Türkiyənin Adana vilayətində yaşayan, iki dəfə evlənib ayrılan, 27 yaşlı iki uşaq anası olan gənc qadın 21 yaşlı bacısı qızının ərinə qoşulub, qaçıb.
Deputat: "Sarkisyanın istefası Ermənistanın Dağlıq Qarabağ üzrə mövqeyinin yumşalmasına səbəb olacaq"
Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyinin yumşalmasına səbəb olacaq. Bunu millət vəkili Tahir Kərimli deyib. Millət vəkili qeyd edib ki, hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyətini formalaşdırmaq imkanı qazanıb: "Düşünürəm ki, Ermənistanda baş nazir təyinatı bir neçə ay çəkəcək.
Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, Azərbaycan və Rusiya tərəfindən bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu, iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.
“Sahibkarların sosial məsuliyyəti və kiçik biznesin inkişafında rolu” mövzusunda konfrans keçirilib
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Sahibkarların sosial məsuliyyəti və kiçik biznesin inkişafında rolu” mövzusunda konfrans keçirilib.














