Gündəm
Eldar Mahmudova qarşı məhkəmə başladı
Bu gün Yasamal Rayon Məhkəməsində "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb.
Hüseyn Abdullayev vəkili ilə görüşdü
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev vəkili ilə görüşüb. Bu barədə H.Abdullayevin vəkili məlumat verib. Vəkil bildirib ki, H.Abdullayev istintaqa cəlb edilib, hazırda onunla bağlı istintaq hərəkətləri aparılır: "Hüseyn Adbullayev Azərbaycana gətirilib və aprelin 23-dən istintaq hərəkətləri aparılmasına başlanılıb. Vəkillə görüşü də təmin edilib. Hələlik istintaq təcridxanasına köçürülməyib. Yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək".
Türkiyədəki zəlzələdə 13 nəfər yaralandı
Səhər saatlarında Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində 13 nəfər xəsarət alıb. Onların vəziyyəti normal qiymətləndirilir.
Qadın intim videosunu yayan musiqiçi sevgilisini kişilikdən məhrum etdi
Argentinada qəribə hadisə baş verib. 26 yaşlı qadın memar Brenda Barattini rok musiqiçisi sevgilisi, 40 yaşlı Sergio Fernandezi kişilikdən məhrum etdiyinə görə saxlanılıb. Kordoba şəhərində baş verən hadisənin səbəbi isə Sergionun Brenda ilə birlikdə çəkdikləri intim videolarını dostlarına göndərməsi olub. Qadın sevgilisinin cinsiyyət orqanını üzüm qayçısı ilə kəsib. O, 15 il müddətinə azadlıqdan məhrum ediləcək.
Avropa Çempionatına qatılacaq yığmamızın heyəti açıqlanıb
“O qız mənim sevgilim olub” - Zorlamada ittiham olunan falçı - VİDEO
Falçılıqla məşğul olub 50-yə yaxın qızı zorladığı iddia olunan Ramil Talıbov "Bizimləsən" proqramının qonağı olub. O, şikayətçi olan qızların fikirləri ilə razılaşmadığını bildirib: "Mənim 40 yaşım var, ailəli olmuşam. Şikayətçilər rəfiqədirlər. Şəkillər çəkdirdiyim xanımla sevgili olmuşam, yaşamışıq. Bir restoranlara getmişik, oranın kameralarında da əks olunub. O şəkilləri mən yox, özü çəkib. Niyə iki qızın üzləri qapalıdır, mənim üzüm açıq? Xeyir ola?
Azərbaycanlı deputat AŞ PA-da diqqəti Ermənistandakı qarşıdurmaya yönəltdi
Azərbaycan Ermənistanla qonşu ölkədir, buna görə də Ermənistanın vəziyyətinə biganə deyilik. Təəssüf ki, Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni təkcə təcrid olunmuş vəziyyətə, çətin sosial-iqtisadi şəraitə deyil, eyni zamanda, vətəndaş müharibəsinə aparıb çıxarıb.
Tibbi sığorta qayqaları dəyişdi
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. “Olaylar” xəbər verir ki, dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
Gəncədə mənzildən 30 min dollar oğurlandı
Qalatasarayın ilk transferi
Əli bəy Hüseynzadə və Hüseyn Cavidin nadir görüntüsü - VİDEO
1926-cı ilin fevral ayında Bakıda keçirilən 1-ci Ümumittifaq Türkoloji Qurultayında türkolojidə söz və nüfuz sahibi olan tarixi şəxsiyyətləri, daha da əhəmiyyətlisi Əli bəy Hüseynzadə və Hüseyn Cavidi aşağıdan izləyə bilərsiniz.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Düşmən 113 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub.
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulub və qurulmaqda davam edir. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, təkcə Füzuli rayonunda bu il 5 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmaq üzrədir.
Avtobusların intervalında gecikmələr var
Paytaxtın yollarında nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq səbəbindən avtobusların intervalında gecikmələr var. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev verib.














