Gündəm

BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ

24 Aprel 2018 11:13

BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır. Bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin bəyanatında deyilir.

Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

24 Aprel 2018 11:11

Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzinmüvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Taxoqraflardan istifadə etməyənlər cərimələnəcəklər, amma bu il yox

24 Aprel 2018 11:09

İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik taxoqrafdan istifadə ilə bağlıdır. Bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir.

Paşinyan Ermənistanın hakim partiyasına yeni ultimatum verib

24 Aprel 2018 11:05

Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm. Bunu müxalif "Addım" Hərəkatının sədri, "məxməri inqilab"ın lideri Nikol Paşinyan bildirib.

"Cəbhədə vəziyyət hər an gərginləşə bilər" - Məşhur general

24 Aprel 2018 11:01

Ötən illərin təcrübəsi göstərir ki, yazda, havalar nisbətən istiləşəndə, xüsusən apreldə cəbhədə adətən gərginlik artır. Ermənistan tərəfi müxtəlif təxribatlara əl atır. Ermənistanda hadisələrin gərginləşməsi və siyasi qarşıdurma fonunda mövcud rejimin tərəfdarlarının cəbhədə belə bir plana əl atacağı ehtimalı daha da yüksəlir. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında da deyilir ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Adını dəyişməsə, məhkəməyə verəcək -  Şəbnəm hədələdi

24 Aprel 2018 11:00

Əməkdar artist Şəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı. Məlumata görə, sənətçi yenidən bu mövzunu gündəmə gətirib. O, Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıya adını dəyişməsini deyib. Ş.Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə həmin xanıma onun sözlərini çatdırmasını qeyd edib: “Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.

“ASAN xidmət”in fəaliyyəti genişləndirilir

24 Aprel 2018 10:36

Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

Zorlamada ittiham olunan falçı:  "Qızın videolarını yayacam"

24 Aprel 2018 10:29

Falçılıqla məşğul olduğu və 50-yə yaxın qızı zorladığı iddia olunan Ramil Talıbov  ATV-də yayımlanan “Bizimləsən” proqramının qonağı olub. Verilişə eyni zamanda şikayət edən qızlar da gətirilib. Ramil qızların şikayətinin yalan olduğunu deyib. O bildirib ki, qızlar ona şər atır:

Türkiyənin ən çox “Arvaddan qorxan” kişisi Burak Özçivit oldu

24 Aprel 2018 10:25

Türkiyənin məşhur "Kizlar Soruyor" sorğu saytı “Tanınmış kişilərindən hansı “hanım köylüdür (arvaddan çəkinən və ya qorxan)” sualı ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin çoxu Burak Özçivitin adını qeyd edib. Aktyor 56 faiz səs çoxluğu ilə xanımından çəkinən kişi ulduz seçilib.

Məşhur modelyer  Bakıda

24 Aprel 2018 10:23

Los Anceles Bəhai Mərkəzində Azərbaycana dair təqdimat 

24 Aprel 2018 10:07

Los Ancelesin Bəhai icmasının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Bəhai Mərkəzində 600-ə yaxın icma üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Təqdimat Baş Konsulluğun Los Ancelesdə fəaliyyət göstərən dini icmalarla münasibətlərin qurulması yönündə apardığı iş çərçivəsində keçirilib. 

Autizm problemləri və erkən müdaxilə mövzusunda tədbir 

24 Aprel 2018 09:59

Azərbaycan Dillər Universitetində Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. ADU-nun Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədlinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov, rektorun məsləhətçisi Anar Osmanlı, Mülki Müdafiə və Tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

BMT-dən QARABAĞ BƏYANATI

24 Aprel 2018 09:46

BMT-nin Baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasının qarşısını almağa çağırıb. Bbu barədə A.Quterrişin bəyanatında deyilir.

Yeni şahzadə doğuldu: Keyt 3-cü dəfə ana oldu

24 Aprel 2018 09:45

Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middlton üçüncü dəfə valideyn olublar.  Cütlüyün oğlu dünyaya gəlib. 4 kiloqrama yaxın (3 kiloqram 827 qram) çəkisi olan körpə bu gün səhər saatlarında doğulub. Məlumatı Kensinqton sarayından da təsdiqləyiblər: “Şahzadə ilə yeni doğulan körpəsi özünü yaxşı hiss edir. Kral ailə üzvləri çox xoşbəxtdir”. 

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

24 Aprel 2018 09:44

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb.