Gündəm
İndoneziyanın Gənclər və İdman naziri Azərbaycanda
Azərbaycan Dillər Universitetində İndoneziya Gənclər və İdman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti tələbələrlə görüşüb. Görüş ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetin tarixi haqqında məlumat verib. S.Hüseynov ADU-da fəaliyyət göstərən fakültələr və tədris olunan dil və mədəniyyətlər haqqında danışıb.
"Lider"in canlı yayımında biabırçılıq - VİDEO
"Lider" telekanalında canlı yayımlanan "Yarasa" proqramında Azərbaycan efirində görünməmiş hadisə baş verib. Könül Yusifqızının aparıcılığı ilə təqdim olunan verilişdə efirə heç bir şəkildə uyğun olmayan ifadələr işlədilib, dialoqlar aparılıb.
Erməni deputatlar NATO-nun seminarını tərk etdi
Ermənistan parlamentinin deputatları NATO PA-nın Batumidə keçirilən “Rouz-Rout” seminarını tərk edərək İrəvana qayıdıblar. Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı Azərtac-a bildirib. "Erməni deputatların seminarı tərk etməsinə Ermənistanda baş verən son hadisələr, xüsusən də baş nazir Serj Sərkisyanın istefası səbəb olub. Həmin deputatlar Serj Sarkisyanın partiyasını təmsil edirdilər. Ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu, Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”, - deyə M.İbrahimqızı vurğulayıb.
Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda bölmə iclası keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Hərbi yük maşını aşdı- 4 nəfər öldü
Pakistanda yol qəzası nəticəsində sərhəd korpusunun ən azı 4 hərbçisi ölüb, 51-i yaralanıb. Hərbçiləri daşıyan yük maşını Bəlucistan əyalətinin Koxlu şəhəri yaxınlığında aşıb.
Azərbaycanlı aktyor Gürcüstanda
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib. Aktyor Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının direktoru Varlam Nikoladze ilə görüşüb. Görüş zamanı aktyor təmsil etdiyi sənət ocağı ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə aparılan layihələr və 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatlar verib.
Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək
Türkiyə Gürcüstandakı Marneuli hərbi aerodromunun modernləşdirilməsində iştirak edəcək. Bu məqsədlə Türkiyə hökuməti Gürcüstana 5,5 mln. türk lirəsi (1,3 mln. dollar) ayırıb. Vəsaitin bir hissəsi aerodromun yenilənməsi, digər hissəsi və əvvəlki illərdə istifadə olunmamış 3,88 mln. dolları isə hərbi mühəndis məktəbinin yaradılmasına yönəldiləcək.
Çində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib. Çinin Huzhou Universitetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib.
Kanadada furqonu piyadaların üzərinə sürən şəxs Ermənistan vətəndaşıdır
Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib. Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib.
Azərbaycanlı aktyor koreyalı rejissorun filmində
Azərbaycanlı aktyor Faiq Mirzə yeni filmə çəkilir. O, bu dəfə koreyalı rejissor Vladimir Mumun bədii sənədli filmində Jan Valjan obrazını yaradacaq. "Jan Valjan çox mürəkkəb və bəşəri bir obrazdır. Bu obrazı dünya kinosunun ən məşhur aktyorları ifa ediblər. Jan Qaben, Jerar Depardye, Liam Nisn və digər aktyorlar müxtəlif illərdə bu rolu mükəmməl oynayıblar. Tamaşaçı önündə Jan Valjanı yenidən oynamağın məsuliyyətini, yəqin ki, başa düşürsünüz. Bu filmdə eyni zamanda başqa rola-Leonardo da Vinçi obrazına da sınaq çəkilişi etmişdilər.
Musiqili Teatrın gənc dirijoru Filarmoniyanın səhnəsində
Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub. Konsert çərçivəsində ölkənin müxtəlif musiqi məktəblərində təhsil alan yeniyetmə və gənc istedadlar- musiqiçi və vokalçılar Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məharətlərini nümayiş etdiriblər.
Afrində uşaq xəstəxanası açıldı
Türkyə Suriyanın Afrin rayonunda uşaq xəstəxanası açıb. Qeyd olunur ki, xəstəxana Afrinin Candaris bölgəsində işə başlayıb. Bundan başqa, terrorçulardan azad edilmiş digər bölgələrdə də səyyar uşaq xəstəxanaları fəaliyyət göstərəcək.
Yeni zərərli proqram “Microsoft Office”in yoluxdurulmuş sənədləri vasitəsilə yayılır
Çinin “Qihoo 360” kibertəhlükəsizlik şirkəti tərəfindən aşkar edilmiş zərərli proqram təminatının yeni növü hazırda internetdə aktiv yayılır. Zərərli proqram təminatı “Windows” istifadəçilərinin kompüterinə bekdor quraşdırmaqdan ötrü “Internet Explorer” brauzerində “sıfır günü” boşluğundan istifadə edir.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: "“Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir"
Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir.
Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.














