Çində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib.  Çinin Huzhou Universitetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib.

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib.

Çinin Huzhou Universitetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın "Bir qurşaq - bir yol: multikulturalizmin öyrənilməsi" mövzusunda bölmə iclası keçirilib.

İclasda Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti, Huzhou Universitetinin professor-müəllim və tələbə heyəti, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Çinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri iştirak edib. Bölmə iclası öz işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Huzhou Universitetinin prezidenti Zhang Licinin və Azərbaycan Dillər Universtitetinin rektoru akademik Kamal Abdullayevin təbrik və təşəkkür məktubu oxunub.

Açılışı nitqi ilə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini xatırladıb. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstrən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək yolu" adlı məruzə ilə çıxış edib. Huzhou Universitetinin Ali Təhsil Tədqiqatları Mərkəzinin direktoru professor Yan Denke "İpək Yolu üzərində mədəniyyətlərarası dialoq" adlı məruzə ilə çıxış edib. 

Huzhou Universitetinin Beynəlxalq Kollecinin direktoru professor Zhu Din Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb. 

Sonda Huzhou Universitetinə Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı kitab təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31