Qalatasarayın ilk transferi
24 Aprel 2018 11:30 İdman"Milliyət"in xəbərinə görə, Qalatasaray rəhbərliyi baş məşqçi Fatih Terimin istəyini gerçəkləşdirir. Atiker Konyaspor matçı sonrası Aytemiz Alanya ilə oyuna da sonradan daxil olub qol ataraq Qalatasaraya çempionluq yolunu açan Sinan Gümüş həm Cim-Bomun, həm də öz gələcəyini xilas etdi.
24 yaşlı futbolçu ilə 1 illik müqaviləsi olan sarı-qırmızılıların müqavilənin müddətini uzadacağı və illik ödənişi də artıracağı gözlənilir. Transfer üçün qollarını çirmələyən Fatih Terimin oyunundan məmnun qaldığı Sinan Gümüşün müqaviləsini 4 il daha uzadılmasını istədiyi öyrənildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31