Usubovun müraciəti TƏSDİQLƏNDİ: iki vəkilə QADAĞA

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.  İclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb. Rüstəm Usubov qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıblar.

Rəyasət Heyəti də Usubovun müraciətini təsdiqləyərək hər iki vəkilin birillik müddətə fəaliyyət göstərməsinə qadağa qoyub. Vəkillər bununla razılaşmadıqlarını və heç bir qanun pozuntusuna yol vermədiklərini deyərək qərarla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31