Gündəm

Ombudsman Milli Məclisdə hesabat verdi

24 Aprel 2018 13:31

Milli Məclisin aprelin 24-də n keçirilən plenar iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzə ilə çıxış edir.

Nazim İbrahimovun son görüşü

24 Aprel 2018 13:22

Baş Təhsil İdarəsindən yeni layihə

24 Aprel 2018 13:16

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi üzrə paytaxtın ümumi təhsil müəssisələrində seçimlərə start verilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki,  artıq 5-ci ildir keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin müvafiq ixtisas istiqamətləri üzrə qəbul imtahanlarına əlavə hazırlığını təmin etmək, hərtərəfli fərdi inkişaf istiqamətində onlara dəstək vermək və bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektə malik sağlam düşüncəli gənclər qazandırmaqdan ibarətdir. Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxuma həvəsi,  bilik və potensialı kimi meyarlar əsasında həyata keçirilir.

AzTU daha bir universitetlə əməkdaşlıq protokolu imzalayıb

24 Aprel 2018 13:16

Ukraynanın Kiyev və Xarkov şəhərlərinin aparıcı texniki ali məktəblərinin ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə Xarkov Milli Texniki Universiteti ilə AzTU arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənəddə elm, təhsil sahəsində əməkdaşlıq, müəllim, tələbə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

Müəllim və valideynlər qəbul ediləcək

24 Aprel 2018 13:14

Aprelin 27-də paytaxtın Nərimanov və Nizami rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Başı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki,  səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Jurnalistlərin binasından mənzil vəd edən baş redaktora cəza istənildi

24 Aprel 2018 13:10

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxışında G.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ankaradan Bakıya yeni QARABAĞ TƏKLİFİ: Azərbaycan Rusiya ilə anlaşaraq bu kartı işə salmalı və...

24 Aprel 2018 13:09

“Ermənistanda baş verən etiraz aksiyaları gözlənilən hadisələr idi. Ermənistan bölgədə bir layihə dövlətidir və bu gün bu ölkəni kim idarə edirsə, onun müəyyənləşdirdiyi istiqamətdə hərəkət edir. Serj Sarkisyan iqtidarda qala bilmək üçün konstitusiyanı dəyişdirdi və sərt etirazla qarşılandı, nəticədə o istefa verməyə məcbur oldu”.

Bakıda 20, rayonlarda 25 dərəcə isti olacaq

24 Aprel 2018 13:02

Bakıda və Abşeron yarımadasında aprelin 25-dəhava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi  əsəcək, gündüz mülayim  cənub-qərb küləyi ilə əvəz olunacaq.

Dövlət sərhədini pozan şəxslər saxlanılıb

24 Aprel 2018 13:01

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb. DSX-dən “Olaylar”a verilən məlumata görə, aprelin 23-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərəkət yolları qapadılaraq tam nəzarətə götürülüb.

XİN: "Qarabağ münaqişəsinin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq"

24 Aprel 2018 12:59

j Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq. Bu sözləri Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.