Jurnalistlər məhkəmə zalından çıxarıldı
24 Aprel 2018 13:18 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.
Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə təqsirləndirilən İlahə Qasımova ifadə verərkən hakim iclasın qapalı keçirilməsinə qərar verib. Buna görə də jurnalistlər zaldan çıxarılıb. Proses davam edir.
Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31