İlham Əliyevdən xəbərdarlıq
Məlum olduğu kimi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə genişmiqyaslı tədbirlərə start verilib. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verməkdədir. Çünki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə genişmiqyaslı olmaqla yanaşı, həm də məqsədli şəkildə aparılır.
24 Aprel 2018 12:46 Siyasət"Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək"
Məlum olduğu kimi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə genişmiqyaslı tədbirlərə start verilib. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verməkdədir. Çünki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə genişmiqyaslı olmaqla yanaşı, həm də məqsədli şəkildə aparılır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə xüsusi komissiyanın, Baş prokurorluq yanında idarənin yaradılması, bir neçə dövlət proqramının qəbul edilməsi özlüyündə siyasi iradənin göstəricisi kimi dəyərləndirilə bilər. O da xüsusilə qeyd edilməlidir ki, artıq Azərbaycanın korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə üsulları zarici ölkələrdə tətbiq edilməkdədir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev yenidən prezident seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək: ""ASAN xidmət" artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir. Çünki bu layihə insanlara xidmət göstərir. On üç "ASAN xidmət" mərkəzimiz var. Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır. "ASAN xidmət" mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. "ASAN xidmət" onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk". Qeyd edək ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni effektil edən xeyli sayda amillər mövcuddur. Belə ki, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında hər bir dövlət orqanı qarşısında konkret vəzifə müəyyən edilib, onların icra müddəti göstərilib. Məsələn, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər) göstərilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya məlumat təqdim etsinlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təklif edilsin ki, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsinlər və bu barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsinlər. Xatırladaq ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həm qanunvericilik bazası, həm siyasi iradə, həm də iştimai mühit mövcuddur. Belə ki, Azərbaycanda 13 yanvar 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, korrupsiyanın qarşısının alınması və onun nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Göründüyü kimi "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun ölkə həyatının bütün sahələrini əhatə edir. Yəni, qanunvericilikdə korrupsiya cinayətlərinin baş verə biləcəyi bütün sahələr üzrə mübarizə tədbirləri nəzərdə tutulur. O məsələni də xüsusilə qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə məsələsində dövlətin siyasi iradəsinin olması vacib şərtdir. Qətiyyətlə demək mümkündür ki, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsi arzuolunan səviyyədədir. Xüsusən, son vaxtlar korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə həm də müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılıb. Ölkəmizdə korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası həyata keçirir. Lakin korrupsiyaya qarşı mübarizə mütəmadi olduğundan ölkəmizdə görülən tədbirlər sadalanlarla bitmir. Belə ki, korrupsiya ilə mübarizəni gücləndirmək məqsədilə yeni təkliflər hazırlanır, qanunvericilik bazası möhkəmləndirilir, dövlət orqanlarında ardıcıl islahatlar aparılır. Məlimata görə, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən bir sıra təkliflər hazırlanır. Bu isə o deməkdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ardıcıl və məqsədyonlü xarakter daşıyır.
Nurlan