Gündəm
May ayında neçə qeyri-iş günü olacaq?
May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.
Dörd milyondan artıq insanın humanitar ehtiyacları təmin olunmur
Dünya ölkələrində baş verən iqtisadi tənəzzül miqrant problemini aktual məsələyə çevirib. Artıq bir çox Avropa ölkələri rəsmi şəkildə miqrant qəbulunu dayandırıb. Məsələ orasındadır ki, miqrant qəbul edən inkişaf etmiş ölkələr belə onların elementar humanitar ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Elə bu səbəbdən də bəzi beynəlxalq təşkilatlar sözügedən problemdən çıxış yolu axtarırlar.
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliuyi yayıb. Bildirilib ki, məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.
"Kaş ki, bir yerdə oynayardıq" - Ronaldodan İbrahimoviçə
Sərbəst güləş üzrə respublika birinciliyi keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib. “OLAYLAR” xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd uşaq-gənclər arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri aşkar edib yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.
Spirtli içkinin yeni təhlükəsi aşkarlandı
Spirtli içki qəbulu diş damağlarında müxtəlif xəstəliklərin, xərçəngin və ürək-damar sistemində pozuntuların meydana gəlməsinə səbəb olur. Bununla bağlı tədqiqatın nəticələri “Microbiome” jurnalında dərc olunub. Tədqiqatı aparan Nyu-York universitetinin alimləri 55-78 yaşlarında olan 1044 nəfərin ağız boşluğunun mikroflorasını araşdırıb. Müayinələrdən sonra spirtli içki ümumiyyətlə qəbul etməyən 270 nəfər, az içən 614 nəfər və mütəmadi olaraq alkoqol qəbul edən 160 nəfərin nəticələri müqayisə olunub.
Millimiz Uels, Slovakiya və Macarıstanla eyni qrupda
Husilərin siyasi qanadının rəhbəri öldürüldü
7 yaşlı qız bacısı oyanıb, döyülməsin deyə zorlanarkən səssizcə ağladı
Helikopter pərlərilə adamı parça-parça etdi – DƏHŞƏTLİ VİDEO
Kolumbiyanın Kaukas vilayətində dəhşətli qəza baş verib. Yük daşıyan helikopter burada qəzaya uğrayıb. Qəzadan yüngül xəsarətlərlə qurtulanlar dərhal xilas etmə xidmətini köməyə çağırıb.
Serj Sarkisyan Ermənistanın hakim partiyasının sədrliyindən də istefa verib
Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanhakim Respublika Partiyasının sədrliyindən də istefa verib. Məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.
“Goldman” ekologiya mükafatının nəticələri açıqlandı – 2018 il üçün
Evdən 5 min manatlıq qızıl oğurlayan şəxs tutulub
Nəsimi rayonu ərazisindəki mənzillərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamo Babayev saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan İmişli rayon sakini Ş.Babayev aprelin 24-də rayondakı mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.














