"Kaş ki, bir yerdə oynayardıq" - Ronaldodan İbrahimoviçə
26 Aprel 2018 13:23 İdmanBraziliya millisinin sabiq üzvü Ronaldo Zlatan İbrahimoviçin forma geyindiyi "Los-Anceles Qelaksi" klubunu ziyarət edib.
Komandanın paltardəyişmə otağına daxil olan veteran futbolçu isveçli hücumçu ilə görüşüb. İbrahimoviçlə səmimi söhbət edən Ronaldo 36 yaşlı forvarda "Kaş ki, bir yerdə oynayardıq" deyib. Zlatan isə öz növbəsində əfsanəvi futbolçuya tərif yağdırıb.
Qeyd edək ki, İbrahimoviç əvvəlki açıqlamalarının birində Ronaldonun oyun tərzini çox bəyəndiyini və onu özünə kumir hesab etdiyini bildirmişdi.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31