Gündəm
Paytaxtda silahlı şəxs saxlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
“Neftçi”dən bəyanat: Adımızdan dezinformasiya yayırlar
ABŞ-ın hərbi-dəniz bazasında təyyarə qəzaya uğradı
Xətai rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, 26 aprel tarixində təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
İtaliyada keçirilən Beynəlxalq “San Remo – Junior” festivalında 12 yaşlı soydaşımız Fidan Hüseynova iştirak edib və müsabiqənin qalibi olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, dosent-xoreoqraf, Azərbaycanın əməkdar artisti Mais Nuriyev bildirib ki, dünyanın 16 ölkəsindən, o cümlədən Ermənistandan olan finalçıların arasında Fidan Hüseynova uğurlu çıxışı ilə fərqlənib. Çox güclü rəqiblərlə mübarizə aparan gənc həmvətənimiz Azərbaycan bayrağını yüksəklərə qaldırmağa nail olub.
Türkiyənin Azərbaycandan istədiyi Mustafa Ceylan həbsdən azad edildi
FETÖ üzvü olmaqda ittiham edilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceylan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.
İrəvan: Etirazlar davam edir, hakim partiya hakimiyyəti verməyə tələsmir
Ermənistanda "məxməri inqilab" elan edən etiraz hərəkatı təzyiq altında istefa verməyə məcbur olmuş baş nazir Serj Sarkisyanın rəhbəri olduğu hakim Ermənistan Respublikaçılar Partiyasını (ERP ) hakimiyyəti "sarsıntısız" xalqa təhvil verməyə çağırır.
Məşhur türk filmi çin dilində
Məşhur türk filmi çin dilinə tərcümə edilib. Olaylar.az bildirir ki, Yeşilcam aktyorları –Kemal Sunal, Adile Naşit və Şener Şenin rol aldığı “Tosun paşa” filmi Türk –Çin Mədənəiyyət dərnəyi tərəfindən tərcümə edilib.
Sosial şəbəkələrdən istifadə azadlığından sui-istifadə arzuolunmaz hallar yaradır
Hazırda beynəlxalq aləmdə aktual məsələyə çevrilmiş söz və fikir azadlığı məsləsi gündəmi zəbt etməkdədir. Məsələ orasındadır ki, özünü dünyanın ən demokratik dövlət hesab edən ölkələrdə belə söz və fikir azadlığına qarşı müəyyən qadağalar qüvvədədir. Lakin buna baxmayaraq, “öz gözündə çöpü görməyən” bəzi Avropa dövlətləri “özgə gözündə tir axtarmaq”la məşğuldirlar.
Musa Quliyev: “Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir"
“Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır. Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin orada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı seçkilərdən sonra Bakıya dəvət etməsi və Ərdoğanın da birinci səfərinin Bakıya edəcəm söyləməsi göstərdi ki, artıq bu münasibətlər ənənə halını alıb”. Bunu millət vəkili Musa Quliyev deyib.
Google Gmail servisi yeniləndi: Yeniliklər nələrdir?
Putin Ermənistan prezidenti ilə nəyi müzakirə etdi?
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı keçirilib. Məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Ermənistanda hakimiyyət dəyişikliyi münaqişənin həllinə təsir edəcəkmi?
“Dağlıq Qarabağın münaqişəsinin həlli ilə bağlı dəyişikliklər Ermənistandakı hadisələrin gedişatına əsasən müəyyənləşəcək”. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
Marsdan Yerə qəribə görüntü gəldi - Alimlər ÇARƏSİZ
Marsın səthində qeydə alınan görüntülərə aydınlıq gətirə bilməyən elm adamları mübahisələrə səbəb olublar. Bu vəziyyət ağıllara "Marsda başqa canlılarmı yaşayır?" sualını gətirib.




.jpg)









