Türkiyənin Azərbaycandan istədiyi Mustafa Ceylan həbsdən azad edildi
FETÖ üzvü olmaqda ittiham edilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceylan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.
26 Aprel 2018 12:30 DünyaFETÖ üzvü olmaqda ittiham edilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceylan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək Mustafa Ceylanın Türkiyəyə ekstradisiya edilməməsini istəyib.
Vəkillər də prokurorun vəsatətinin təmin edilməsini istəyiblər. Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən M.Ceylan məhkəmə zalından azadlığa buraxılıb. Bildirək ki, M.Ceylan Azərbaycana qanunsuz yolla sərhəddən keçməkdə ittiham edilərək həbs edilmiş və 1 il azadlıqdan məhrum edilmişdi. Mustafa Ceylan Azərbaycan Respublikasına qanunsuz yolla keçmək istəməkdə ittiham edilir. Amma o, bu ittihamı rədd edir. Mustafa Ceylan heç bir terror təşkilatının üzvü olmadığını. BMT-dən də sığınacaq aldığını söyləyir.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceylan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.
Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib. Türkiyə Respublikası Mustafa Ceylanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib. Musavat.com