Husilərin siyasi qanadının rəhbəri öldürüldü
26 Aprel 2018 13:09 DünyaYəməndə İran meylli üsyançı hüsilərin siyasi qanadının rəhbəri və təşkilatın ikinci adamı olan Salah Əl Sammad ölkənin qərbindəki Hudeüyda vilayətində Səudiyyə Ərəbistanının hava qüvvələri təyyarələrinin gerçəkləşdirdiyi bombardman nəticəsində öldürülüb.
Qeyd edilir ki, Salah Əl Sammad təşkilatın lideri ƏbdülMəlik Əl Hüsidən sonra təşkilatın ən mötəbər üzvü sayılırdı. Bəzi qaynaqların məlumatına görə, son zamanlar Əl Hüsiylə Əl Səməd arasında təşkilatın apardığı siyasətlə əlaqədar ciddi fikir ayrılıqları mövcuddu və bəzi siyasi dairələr Salah Əl Sammadın ölümünün təsadüfi olmadığını düşünürlər.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31