Gündəm

Plastik boru oğurlayan ələ keçdi

26 Aprel 2018 13:56

Aprelin 24-də Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə ərizə ilə müraciət edən Düztahir kənd sakini Şaiq Həbibov, gecə saatlarında ona məxsuz torpaq sahəsindən 800 metr plastik borunun oğurlandığını bildirib.

Keçmiş polis QIZIL QATİLİN silsilə cinayətləri - FOTOLAR

26 Aprel 2018 13:57

Amerikalı keçmiş polis qatı cinayətkar şübhəsi ilə həbs olunub. Olaylar.az bildirir ki, 72 yaşındakı Cozef James De Angelo 1976 – 1986 –cı illərdə 12 nəfəri öldürüb, 51 nəfərə təcavüz edib və 120 –dən çox evi qarət etməkdə şübhəli bilinir. AB, Federal Tətqiqat Bürosu bu qətlləri edən şəxsin həbsinə kömək edənə 50.000 dollar mükafat verəcəyini açıqlamışdı. “Qızıl dövlət qatil” ləqəbi ilə axtarılan qatilin DNA testi ilə Cozef James De Angelonın DNA testində oxşarlıq var. Keçmiş polis məhz bu səbəbdən həbs olunub. Cinayətləri onun törətdiyi sübut olunarsa, ölüm cəzası cəzalanacaq.

Fəxri Fərmanlarla təltif edildilər

26 Aprel 2018 13:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

Qərb Yaxın Şərqdə yeni ittifaq yaradır

26 Aprel 2018 13:53

Ayrı-ayrı regionlarda maraqlı proseslər müşahidə edilməkdədir. Cərəyan edən proseslərin fonunda ortada olan aydın mənzərə ondan ibarətdir ki, Qərbdə, Birləşmiş Ştatlarda Türkiyə-Rusiya ittifaqı, müttəfiqliyinə zərbə vurmaq, bu iki dövləti zəiflətmək üçün müxtəlif planlar cızılır. Ankara və Moskvaya qarşı təzyiq elementləri daha çox Yaxın Şərqdə özünü büruzə verir.

Azərbaycan-Türkiyə əməkdaşlığı inkişaf mərhələsini yaşayır

26 Aprel 2018 13:52

Türkiyə ilə Azərbaycan arasında əsirlərdən bəri mövcud olmuş dostluq, qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilməkdədir. Qətiyyətlə demək olar ki, hazırda eyni soy kökə malik iki dövlət arasındakı münasibətlər həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

“Dağlıq Qarabağ probleminin sonuna yaxınlaşmaq üçün Serj Sərkisyanın getməsi vacib idi”

26 Aprel 2018 13:44

Son həftələr ərzində Ermənistanda baş verən proseslər diqqətlə izlənməkdədir. Artıq Birləşmiş Ştatlar və Rusiyadan da ilk reaksiyalar səsləndirilib və Sərkisyanın istefaya getməsinə, etiraz aksiyalarına münasibət açıqlanıb.

Angela Merkel: "Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda tərəfdaş kimi dəstəkləməyə hazırdır"

26 Aprel 2018 13:44

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Daima xalqın keşiyində dayanan  böyük alim - professor Əjdər İsmayılov 80!

26 Aprel 2018 13:42

Böyük alim və tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, Turan Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 80 illik yubileyi tamam oldu. Öz geniş tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran və ermənilərin tarixi saxlataşdırmaq cəhdlərinə qarşı zəngin ədəbiyyat sahibi Əjdər İsmayılov elm fədaisi olan alimlərdəndir. Ömrünün böyük hissəsini elm yolunda qurban verən alim Azərbaycanımızın dilbər guşəsi olan Naxçıvanın sayılıb-seçilən, zəngin soy-kökünə sahib bir nəslin nümayəndəsidir. Böyük nəslin nümayəndəsi kimi Əjdər İsmayılov ömrü boyu Vətənə, xalqa ləyaqətlə xidmət etməyi özünün ilk növbədə vətəndaşlıq borcu hesab edir. Buna baxmayaraq özü şəxsən heç vaxt yüksək vəzifələrə yiyələnmək arzusunda olmayıb. O, elm və maarif yolunu seçib. Əbəs deyil ki, bu gün Azərbaycan tarix və ədəbiyyatşünaslığında əsərlərlə erməni yalanlarını ifşa edən, erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını və sadə bir mif olmasını beynəlxalq aləmə bəyan edən mötəbər əsərlər onun qələmindən çıxıb.

Bəzi firmaların süd fırıldağı - Bizi belə aldadırlar

26 Aprel 2018 13:37

Bəzi süd firmaları protein adından istifadə edərək mallarını daha yüksək qiymətə satırlar. Bəzi süd firmaları üzərinə iri hərflərlə yazdıqları protein sözü ilə diqqət çəkib, mallarını baha qiymətə satırlar. Belə ki, tərkibində 20 qram zülal olan yarımlitrlik südləri, bol proteinli adı ilə satılar. Normalda isə 500 millilitrlik sütün tərkibində 18 qrama yaxın zülal var.

Yuyucu vasitələrə DİQQƏT - Sağlamlığınız təhlükədə - VİDEO

26 Aprel 2018 13:36

ARB TV-nin "Günə doğru" verilişində saxta yuyucu vasitələr haqda süjet efirə gedib. Bəzən məşhur brend adı altında saxta yuyucu vasitələr satılır. Bu məhsullar xarici görünüşcə tanınmış brendə oxşasa da, içinə keyfiyyətsiz təmizləyici vasitələr doldurulur və ucuz qiymətə də satılır.