Bakıda bankda saxta dollar əməliyyatı – ƏCNƏBİLƏR YAXALANDI

Dünən saat 13:55 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən "Rabitə Bank"ın "Yasamal" filialında külli miqdarda saxta dolları dəyişmək istəyən əcnəbi ölkə vətəndaşları tutulub.

Lent.az xəbər verir ki, Çin Xalq Respublikasının vətəndaşları 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçi saxta 18900 ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən tutulublar. Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31