Qərb Yaxın Şərqdə yeni ittifaq yaradır
Ayrı-ayrı regionlarda maraqlı proseslər müşahidə edilməkdədir. Cərəyan edən proseslərin fonunda ortada olan aydın mənzərə ondan ibarətdir ki, Qərbdə, Birləşmiş Ştatlarda Türkiyə-Rusiya ittifaqı, müttəfiqliyinə zərbə vurmaq, bu iki dövləti zəiflətmək üçün müxtəlif planlar cızılır. Ankara və Moskvaya qarşı təzyiq elementləri daha çox Yaxın Şərqdə özünü büruzə verir.
26 Aprel 2018 13:53 DünyaMəqsəd Rusiya. Türkiyə və İranın regiona olan təsir dairəsini azaltmaqdır
Ayrı-ayrı regionlarda maraqlı proseslər müşahidə edilməkdədir. Cərəyan edən proseslərin fonunda ortada olan aydın mənzərə ondan ibarətdir ki, Qərbdə, Birləşmiş Ştatlarda Türkiyə-Rusiya ittifaqı, müttəfiqliyinə zərbə vurmaq, bu iki dövləti zəiflətmək üçün müxtəlif planlar cızılır. Ankara və Moskvaya qarşı təzyiq elementləri daha çox Yaxın Şərqdə özünü büruzə verir. Xüsusilə, Suriya məsələsində Rusiya və Türkiyənin dirəniş nümayiş etdirməsi, Qərbin, Birləşmiş Ştatların maraqlarına zidd addımların atılması Moskva və Ankaranı Qərbin hədəf taxtasına sarı çevirib. Bu arada Birləşmiş Ştatlar prezidenti Donald Tramp və onun Avropadakı müttəfiqlərinin Rusiya-Türkiyə ittifaqına qarşı məsləhətləşmələr apardığı da irəli sürülən iddialar sırasındadır. Hər halda Fransa prezidenti Emmanuel Makronun bu günlərdə okeanın o tayına səfər etməsi və amerikalı həmkarı ilə görüşməsi, iki ölkə liderinin görüşündə əsas müzakirə mövzusunun daha çox Suriya məsələsi və orada toqquşan maraqlar olması belə deməyə əsas verir. Elə əksər ekspertlər, analitiklər də hesab edirlər ki, hazırda Ağ Ev rəhbərinin avropalı liderlər ilə istər telefon, istərsə də görüşlər vasitəsilə aparıdğı müzakirələrdə Suriyada Qərbə dirəniş göstərən Rusiya-Türkiyə müttəfiqliyini zəiflətmək ön planda olur. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O. Bildirib ki, hazırda avropalı mütəfiqlərlə Birləşmiş Ştatlar rəhbərliyi arasında əldə edilən razılaşmalardan biri də İranla bağlıdır: "Fransa prezidenti Emmanuel Makron Birləşmiş Ştatlar səfəri çərçivəsində vəzifədaşı Donald Trampla danışıqlarında İranla yenidən nüvə sazişi imzalanmasını və Suriya probleminin həllini nüzakirə edib. May ayında İranla nüvə sazişinin uzadılmasına və ya xitam verilməsinə qərar veriləcək. Qeyd edək ki, Rəsmi Tehran Qərblə ultimatum dilində danışır və nüvə fəaliyyətini bərpa edəcəyini qeyd edir. Məhz Birləşmiş Ştatlar da İranın nüvə fəaliyyətini bərpa etməyini istəyir. Bununla İrana sərt sanksiyalar tətbiq etməklə, Suriya və Yaxın Şərqdə İranın siyasətinə son vermək istəyir. Ona görə də Birləşmiş Ştatlar Fransa ilə birgə Yaxın Şərq üzrə yeni ittifaq yaradır. Hazırda Trampın Britaniyaya səfəri də gözlənilir. Bu səfər, eyni plan üzrə danışıqların aparılmasını özündə ehtiva edəcək". Politoloq deyib ki,
ABŞ, Fransa və Britaniyanın Suriyaya raket zərbəsindən sonra, Makronun səfəri Ankarada Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya üzrə görüşündə əldə olunan nəticələrin qarşısın almaqdı: "Üç ölkə Suriyada nizamlanmaya yaxındı. Bu nizamlanmaya Vainqton qarşı çıxır. Makronun Vaşinqtona səfəri, iki ölkənin Suriya və Yaxın Şərqdə birgə siyasi-hərbi hərəkət edəcəyindən xəbər verir. Fransa artıq ABŞ-ın istəyi ilə Suriya münaqişəsində mühüm rol oynamağa başlayıb. Çünki, Suriya böhranında ABŞ, Rusiya və İran qarşısında tək meydanda qalmışdı. Suriyaya raket zərbələrindən sonra koalisiya formalaşdıran Vaşinqton, Parislə birgə Suriyadan Rusiya və İranı çıxartmağı planlayır.
Hazırda Fransa, ABŞ-ın istəyi ilə Suriyanın Menbüc şəhərinə öz hərbi kontingentini yerləşdirib. Bir məsələni qeyd edim ki, mətbuat konfransında Tramp Suriyada İranın Aralıq dənizinə çıxışına imkan verməyəcəklərini və İranı Suriyadan çıxardıqdan sonra geri dönə biləcəklərini mesajını verdi. Makron da Suriyada müharibədən sonra siyasi böhranın nizamlanmasında yer alacaqlarını qeyd etdi. Göründüyü kimi Ağ Ev və rəsmi Paris Suriya münaqişəsində əsas rolu əllərinə alaraq Rusiya və İrana qarşı daha da sərt mübarizə aparacaqlarının siqnalını verdi". Məhəmməd Əsədullazadə bildirib ki, Fransa beynəlxalq konyukturada böhranlı vıziyyətdə istədiyini reallaşdırmaq üçün düşünmədən hərəkətə keçən ölkədir: "Rəsmi Paris bir gün Dəməşqdə Əsədin sarayına bomba ata bilər. Necə ki, eyni ssenarini Liviyada Qəddafini cismən aradan götürdü. ABŞ, Liviya təcrübəsində Fransanın hərbi hərəkətliliyini Suriyada təkrarlanmasına çalışacaq. Qeyd edim ki, Əsədin hakmiyyətdə qalması raket zərbələrindən sonra müəmmalıdır". Politoloqun sözlərinə görə, Rusiya və İranın Birləşmiş Ştatların qarşısında duruş gətirə bilməsi polimikadır: "Okeanın o, biri tayında Suriyaya qarşı yeni cəbhə formalaşır. Bu cəbhə Əsədin və İranın Suriyada aradan qalxmasına hesablanır. Əsəd və İran olmasa, Rusiyada avtomatik regiondan çəkiləcək. Hesab edirəm ki. Tramp -Makron görüşü Suriya üzrə iki ölkənin birgə hərəkətliliyinə və Yaxın Şərqdə kordinasiyalı fəaliyyətlə yekunlaşıb".
Füzuli