Plastik boru oğurlayan ələ keçdi

Aprelin 24-də Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə ərizə ilə müraciət edən Düztahir kənd sakini Şaiq Həbibov, gecə saatlarında ona məxsuz torpaq sahəsindən 800 metr plastik borunun oğurlandığını bildirib.

Aprelin 24-də Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə ərizə ilə müraciət edən Düztahir kənd sakini Şaiq Həbibov, gecə saatlarında ona məxsuz torpaq sahəsindən 800 metr plastik borunun oğurlandığını bildirib. Bu haqda  DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilib. Samur PB-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətməkdə şübhəli bilinən Yasab-oba kənd sakini Tofiq Aslanov saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib. Faktlarla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31