Millimiz Uels, Slovakiya və Macarıstanla eyni qrupda
26 Aprel 2018 13:17 İdmanSlovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında beynəlxalq turnir keçiriləcək.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 7-11 may tarixlərində təşkil olunacaq "Slovakia Cup 2018" turnirində Azərbaycanın U-19 yığması çıxış edəcək.
8 komandanın qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:
A qrupu: Azərbaycan, Slovakiya, Uels, Macarıstan
B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan
7 may
14:00. Azərbaycan - Macarıstan
8 may
14:00. Azərbaycan - Uels
10 may
14:00. Slovakiya - Azərbaycan
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.