Gündəm

Akademik Milli Dram Teatrı Konyada Azərbaycanı uğurla təmsil etdi

1 May 2018 15:53

Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayıb.

Teatr sənəd qəbulu elan edib

1 May 2018 15:52

Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.

“Ərim xərçəngdən öldü” - Azərbaycanın "Eurovision" təmsilçisi

1 May 2018 15:45

Azərbaycanı "Eurovision 2018" mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib.  28 yaşlı müğənni şəxsi həyatı barədə maraqlı məqamlara toxunub və həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib:  "Bu, mənim həyatımın kədərli bir hekayəsidir. O, musiqiçi və pianoçu idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq, həqiqətən də, o, mənim həyatıma böyük, müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi". 

Təmizlik işçisi zibil qabında qızıl külçələri tapdı

1 May 2018 15:42

Cənubi Koreyanın İnçhon şəhərinin hava limanında təmizlik işçisi zibil qablarının birində 327 min dollar həcmində qızıl külçələri tapıb. Polis külçə sahiblərinin məlum olmadığını deyib.

Paşinyanla bağlı müzakirə edib, qərar verəcəyik – Vitse-spiker

1 May 2018 15:38

Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz. Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, partiya məsələ barəsindəki mövqeyini müzakirələrdən sonra açıqlayacaq: “Hələlik isə fraksiya Paşinyanın siyasi proqramı ilə tanış olmaq və onun verilən sualları necə cavablandırmasını müşahidə edir”. Şarmazanov Paşinyanın baş nazir seçilməsini istisna etməsə də, özünün müxalif lideri bu postda görmədiyini bildirib.