Azərbaycan Türkiyə Hərbi Dəniz Qüvvələrinin təliminə qatılacaq
1 May 2018 16:03 SiyasətTürkiyə Hərbi Dəniz Qüvvələrinin keçirəcəyi hərbi təlimə Azərbaycan da qatılacaq.
Məlumatda qeyd olunur ki, hərbi təlimlər 7-11 may tarixlərində Egey dənizində keçiriləcək.
Bildirilir ki, hərbi təlimlərdə Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, Macarıstan, Monqolustan, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı olmaqla ümumilikdə 19 dövlət iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəl, 6-30 mart tarixlərində Türkiyə Egeydə hərbi dəniz təlimləri keçirmişdi.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31