Paşinyanla bağlı müzakirə edib, qərar verəcəyik – Vitse-spiker

Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz. Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, partiya məsələ barəsindəki mövqeyini müzakirələrdən sonra açıqlayacaq: “Hələlik isə fraksiya Paşinyanın siyasi proqramı ilə tanış olmaq və onun verilən sualları necə cavablandırmasını müşahidə edir”. Şarmazanov Paşinyanın baş nazir seçilməsini istisna etməsə də, özünün müxalif lideri bu postda görmədiyini bildirib.

Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz. Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, partiya məsələ barəsindəki mövqeyini müzakirələrdən sonra açıqlayacaq: "Hələlik isə fraksiya Paşinyanın siyasi proqramı ilə tanış olmaq və onun verilən sualları necə cavablandırmasını müşahidə edir". Şarmazanov Paşinyanın baş nazir seçilməsini istisna etməsə də, özünün müxalif lideri bu postda görmədiyini bildirib.

"Yalnız bir şeyi deyə bilərəm, dünənki müzakirələrdən sonra Paşinyanın baş nazir ola bilməyəcəyinə əmin oldum", - Şarmazanov vurğulayıb.

Qeyd edək ki, hazırda N.Paşinyan parlamentdə suallara cavab verir. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31